Elman Cəfərli: “Azərbaycandakı bütün alban xristian abidələri xalqımızın mədəni irsinə aiddir”
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan torpaqlarına erməni iddialarının gerçək tarixi faktları əks etdirən təkzibedilməz dəlillərlə ifşası" layihəsi çərçivəsində növbəti tədbirini İsmayıllı şəhərində keçirib. SİA-nın İctimai Birlikdən aldığı məlumata görə, layihənin icra planına uyğun olaraq iyunun 23-də İsmayıllı şəhərində yerləşən 1 saylı orta məktəbdə "Qafqaz Albaniyasının məbədləri" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanı açan layihənin rəhbəri Elman Cəfərli bildirib ki, Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli sürən erməni millətçiləri işğalçılıq əməllərinə haqq qazandırmaq məqsədilə Qafqaz Albaniyasının xristian kilsəsinə aid bütün kilsə, məbəd və monastrları erməni abidələri elan edirlər. Qondarma "Böyük Ermənistan dövləti" barədə uydurmanı şişirdərək təkcə Azərbaycanın deyil, Gürcüstan, İran və Türkiyə ərazilərinin də xeyli hissəsini ermənilərin "tarixi torpaqları" kimi qələmə verirlər.
Elman Cəfərli deyib ki, Azərbaycandakı bütün alban xristian abidələri bizim xalqımızın mədəni irsinə aiddir: "Qafqaz Albaniyası dövlətinin ərazisi çoxsaylı yazılı tarixi mənbələrin məlumatına görə, eramızın əvvəllərindən VIII əsrin əvvəlinədək cənubda Araz çayından şimali Qafqazadək, şərqdə Xəzər dənizinin qərb sahilindən Göyçə gölündən qərbdə yerləşən torpaqlaradək geniş bir sahəni əhatə edib. Bu yerlərdə qədim zamanlarda maldarlıq, əkinçilik və sənətkarlıqla məşğul olan müxtəlif dilli tayfalar yaşamışlar. Bunlar içərisində saklar, qarqarlar, quzlar, kanqarlar, hunlar, şamaklar, türklər, muğlar, icmaxilər, suranlar, şirvanlar və digər türkdilli tayfalar üstünlük təşkil etmişlər. Eramızdan əvvəl V əsrdə yaşamış antik müəllif Heredot yazır ki, skiflər – türkdilli tayfalar midiyalılarla müharibədə qələbə çaldıqdan sonra Qafqaz ərazisində dövlət yaratmışlar".
Eramızın əvvəllərində Qara dənizin şərq sahillərindən Xəzər dənizinədək böyük bir ərazidə skiflər – türkdilli tayfaların yaşadığını qeyd edən E.Cəfərli bildirib ki, bu fikri bir çox antik müəlliflər də təsdiq etmişlər: "Tarixin atası" Herodot (e.ə. V əsr), Miletli Qekatey (e.ə. VI-V əsr), Dionisiy Perieqet (e.ə. II əsr), K.Ptolomey (II əsr) və digər müəlliflərin əsərləri Qafqazın türk etnosunun vətəni olduğunu təkzibedilməz şəkildə sübut edir. Qafqaz Albaniyasının tayfa ittifaqları başçılarının və çarlarının bir çoxunun adları türk mənşəli olmuşdur: Aran, Aray, Ərbaq, Baştaq, Əmbək, Ərnək, Həraq, Nuray, Dalak, Huray, Hiyran, Əncaq, Borc, Ərbun, Bəzək, Yusaq, Qaynaq, Sqayordu, Körnəg, Vaçıağan, Uray, Urnair, Satay, Asay və sair".
Tarixçi alim Bəxtiyar Tuncay bildirib ki, eramızdan əvvəl I əsrin sonları, eramızın I əsrinin əvvəllərində yaşamış Strabon Albaniyada yaşayan tayfaların dini etiqadlarından bəhs edərək yazır ki, onlar Heli (günəş), Zevs (atəş) və Selen (ay) ilahələrinə sitayiş edirlər. Xüsusi etiqad etdikləri Ay ilahəsinin müqəddəs məbədi İberiya yaxınlığında yerləşir. Ölkədə günəş, ay və büdpərəstlik məbədləri ilə yanaşı çoxlu sayda atəşpərəstlik məbədləri də mövcud olmuşdur: "Bu məbədlərin bir hissəsi sonralar xristian məbədlərinə çevrilmiş, əksər hissəsi isə islam dininin yayıldığı dövrdə dağıdılmışdır".
Tarxiçi alim erməni saxtakarlığının hələ Sovet illərindən başlandığını deyib. Onun sözlərinə görə, ermənilər tarixi abidələrin restavrasiyası adı ilə Azərbaycan ərazisindəki alban abidələrinin üzərində yazılar yazmış, onları "erməniləşdirməyə" çalışmışlar.
1 saylı orta məktəbin tarix müəllimi Telli Cəbiyeva Albaniyada xristianlığın ermənilərdən öncə yayıldığını, bu corafiyada tikilmiş bütün xristian məbədlərinin almanlara məxsus olduğunu bildirib: "Əslində bu abidələrin albanlara məxsus olduğunu sübut etmək elə də çətin deyil. Ermənilər xristianlığı monofizit, albanlar isə diafizit təriqətinə mənsub idilər. Bununla belə ermənilər bütün dünyada təbliğat apararaq albanların yaratdığı mədəniyyətə sahib çıxmaq istəyirlər".
Telli müllimə bir sıra təkliflərlə çıxış etdi. Onun fikrincə, 6-cı və 7-ci sinif dərsliklərində Albaniya tarxii ilə bağlı məlumat artırılmalı, tarixi Girdman dövlətinin tarixi coğrafiyası ilə bağlı məlumatlar dəqiqləşdirilməlidir.
Məktəbin direktoru Şəfaqət Rəsulov bu cür layihələrin əhəmiyyətli olduğunu bildirib, qeyd edib ki, təşəbbüsü ələ almaq, erməni təbliğatına tutarlı cavab vermk üçün alimlərin üzərinə böyük vəzifə düşür: "Çox təəssüf ki, Türkiyəli alimlər də, biz də yalnız ermənilərə cavab vermək üçün çalışııq. Gözləyirik ki, onlar nəyəsə iddia etsinlər, sonra öz sözümüzü deyək". Məktəbi nəzdində bütün fəənlər üzrə "Məktəbli Akademiyasının" fəaliyyət göstərdiyini bildirən Şəfaət müəllim bildirb ki, şagirdlərə əlavə məşğələlər keçilir, onların vətn tarixi ilə bağlı bilikləri artırılır. Şagirdlərə Azərbaycan şanlı keçmişi, milli qəhrəmanları, tarixi şəxsiyyətləri barədə məlumatlar verilir.
Məktəbin fəal şagirdlərindən Ülviyyə Həsənzadə, Fidan İsmayıllı, Səmimə Quliyeva, Əli Məmmədzadənin Qafqaz Albaniyasının tarixi coğrafiyası, hökmdarları, tarixi qalaları, tayfaları, İsmayıllı rayonu ərazisindəki alban məbədləri barədə məlumatları maraqla qarşılandı.
Aydın
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB