Qərb bölgəsindəki fermerlər aldıqları kreditləri qaytarmaqda çətinlik çəkir

Qərb bölgəsindəki fermerlər aldıqları kreditləri qaytarmaqda çətinlik çəkir

Ölkənin qərb bölgəsində aqrar sahələrdə çalışan və kreditlə təmin olunan fermerlər sonradan dövlətə olan borcunu ödəməkdə problemlər yaşayır. Bölgədə bu işlə məşğul olan və aqrar sahədə çalışan "Aqrarkredit" səhmdar kredit təşkilatının Gəncə filialının müdiri Afina Babayevanın SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, hazırda qeyd olunan məsələdə çox ciddi problemlər qalmaqdadır. Təkcə son bir ildə aqrar sahədə iş quran, həmçinin şəhərdə kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan 736 nəfərə ümumilikdə 1 milyon 249 min manat dəyərində kreditlər verilib. Lakin bu kreditlərin qaytarılmasında çox ciddi problemlər ortaya çıxıb.

Mütəxəssislərin sözlərinə görə, pullar verilmədən öncə, həmçinin sonra yerlərdə monitorinqlər aparılır. Ancaq bəzi kənd təsərrüfatında çalışan şəxslər aldıqları pulları heç kimdən hesablaşmadan başqa sahələrə yatırır. Bu isə sonradan ağır fəsadlara yol açır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə