Aytən Mustafayeva: \"Cəmiyyətdə tək uşaqlar deyil, valideynlər də tərbiyə olunmalıdır\"- MÜSAHİBƏ

Aytən Mustafayeva: \"Cəmiyyətdə tək uşaqlar deyil, valideynlər də tərbiyə olunmalıdır\"- MÜSAHİBƏ

AMEA İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayevanın SİA-ya müsahibəsi:


- Sizin fikrinizcə, uşaq hüquqlarının qorunması istiqamətində mövcud problemlər nədən ibarətdir və onların qarşısını almaq üçün hansı işlər görülməlidir?


- Fikrimcə, Azərbaycanda bu problemlərin ilk öncə statistikası, analizi aparılmalıdır ki, hansılarının daha çox prioritet daşıdığını, hansıların birinci həll edilməsinin lazımlı olduğunu bilək. Onu qeyd etmək istəyirəm ki, uşaq hüquqların qorunması ilk öncə ailədən gəlir. Təbii ki, problemli ailələr də uşaqlar soyuq münasibət bəslənir. Bizim adət-ənənələrdə atanın, ananın dediyi bir qanundur. Belə uşağın şəxsiyyətini basmaq, onu çərçivəyə qoymaq o deməkdir ki, sən gələcəkdə onu anormal bir insan kimi həyata gətirib cəmiyyətə verirsən. Bu insanın təşəbbüsü olmayacaq, fikirində, hərəkətlərində də azad insan kimi formalaşmayacaq. Azad fikirli olan insan yetişdirmək yaxşı intellektə malik olan insan formalaşdırmaqdır. Fiziki cəhətdən Azərbaycan cəmiyyətinə baxanda doğurdan da fikirləşmək olar ki, niyə görə azərbaycanlılar belə cılızlaşıblar?. Görürsən ki, qızla oğlan gedir, qız dabansız ayaqqabı geyinib ki, oğlandan hündür olmasın, o da yanında cücə kimi gəzir. Baxırsan ki, oğlanlarımız çox cılızlaşıb. Niyə? Bu birincisi evdəki münasibətdəndir. Uşaqlar heç nə ilə məşğul olmur, intellekt cəhətdən də heç bir kitab oxumurlar. Cəmiyyətimizdə uşaq hüquqlarının problemlərinə qalanda mən yenə də psixologiyanın, tərbiyənin ailədən gəldiyini deyirəm. Azərbaycanda bizim çox saylı uşaqlarımız küçələrdə, avtobuslarda işləyir, ya da maşının şüşələrini silirlər. Bu uşaqlar məktəbə getməyən, azad, nəzarətsiz həyat sürən uşaqlardır. Sovet dövründə uşaq məktəbə gəlməyəndə məlumat almaq üçün həmin ailəyə zəng olunurdu. Polis belə maraqlanırdı, uşağı küçədə gördükdə ailəsinin harada olduğunu, məktəbə niyə getmədiyini soruşurdu. İndi isə buna münasibət soyuqdur. Bunun üçün qanunvericilikdə valideynin məsuliyyət məsələsi qaldırılmalıdır. Valideyn fikirləşməməlidir ki, onun uşağı evdən çıxıb məktəbə gedibsə, deməli artıq məsuliyyəti məktəb daşıyır.


- Ümumiyyətlə, valideynin məsuliyyətimi artırmaq üçün qanunvericilikdə hansı əlavə dəyişikliklər etmək olar?


- Bu fikir son dövrlərdə səslənib. Mən fikirləşirəm ki, bunu yaxşı müzakirə etmək lazımdır. Hətta biz bu məsələni Dövlət Televiziyasında da müzakirə edə bilərik. Ümumiyyətlə, cəmiyyətin mənəvi-etik tərbiyəsidir. Bizim cəmiyyətimizdə tək uşaqları tərbiyə etmək lazım deyil. Valideynlər də tərbiyə olunmalı, hüquqi, psixoloji tərəfdən bilikləri olmalıdır.


- Valideynin məsuliyyəti hansı formada artırmaq olar. Bəzi ölkələrdə valideyn öz uşağını döyürsə, hansısa bir formada cərimələnir. Azərbaycanda bunun tətbiqi ilə bağlı hansısa bir təkliflər irəli sürülübmü?


- Təbii ki, təkliflərlə çıxış etmək olar. Bu ailədə zorakılıq tək qadına qarşı deyil, hətta ailə üzvlərinə də qarşı da nəzərdə tutulub. İlk öncə qeyd edərdim ki, uşaqlar küçədə gedirsə, nəzarətsizdirsə, küçə həyatı sürürsə, onun məsuliyyətini valideyn daşımalıdır. Məktəbə gəlirsə, qanuna zidd hərəkətlər özünə rəva bilirsə, deməli, yenə də valideyn məsuliyyət daşımalıdır.


- Bizim qanunvericilikdə sahibkarlara cəza nəzərdə tutulur. Əgər o sahibkar valideyndirsə, öz uşağını məcburi əməyə cəlb edirsə, o zaman necə olmalıdır?


- Əgər o sahibkardırsa, deməli qanun qarşısında cavab verməlidir. Bizdə problem bilirsiniz nədir? Qanunvericilik də hər şey var, amma onlar həyata keçirilmir. Bizim problemimizdə odur. Çox qanunlar qəbul olunub, amma onların həyata keçmə mexanizmləri yoxdur. İnsan Hüquqları İnstitutu, millət vəkili olaraq bu sahədə işləyirəm. Mənim əsas götürdüyüm qanun, istiqamət qanunvericilikdə sosial yollarla bağlıdır. Mən görürəm ki, biz də bir sıra qanunlar var, onların işlənmə mexanizmi, ona məsul olan icra orqanları həmin mexanizmləri işləməyiblər. Təbii ki, belə olan halda o qanunlar işləmir. Əgər qanun varsa, qanunvericilik orqanları buna əməl etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə