Mübariz İbrahimova həsr olunan “Mübariz yol” adlı kitabın təqdimatı olacaq
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunan "Mübariz yol" adlı yeni kitab hazırlanır. Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifovanın SİA-ya verdiyi xəbərə görə, "Mubariz yol" kitabin ön sözün müəllifi və ideya müəllifi \"Kaspi\" Təhsil Şurasının sədri, \"Kaspi\" qəzetinin təsisçisi Sona Vəliyevadır. Onun sözlərinə görə, 3 bölümdən ibarət olacaq nəşrdə "Kaspi" qəzetinin qəhrəmanlıqla bağlı keçirdiyi müsabiqədə yer alan və təqdim edilən əsərlər, eyni zamanda, indiyə kimi qəzetlərdə gedən məqalələr yer alıb.
"Mən sadəcə tərtibatçı kimi bu kitabın hazırlanmasında iştirak edirəm. Bu kitab vətənpərvərlik mövzusunda olan yazıların toplusudur. Eyni zamanda, mətbuatda Mübarizlə bağlı gedən yazılar da bölüm olaraq ora salınıb. İdeya müəllifliyi və kitabın nəşri Sona Vəliyevanın təşəbbüsü ilə həyata keçirilib. Gələn ayın birinci yarısında kitabın təqdimatı olacaq. Qeyd edim ki, "Kaspi" qəzeti bir neçə ay öncə qəhrəmanlıq mövzusunda müsabiqə elan edib. Həmin müsabiqədən sonra materialların toplanması və dərc edilməsi nəzərdə tutulurdu. Jurnalist Qadınlar Assosiasiyasının da belə bir fikri var idi. Ona görə də Sona xanım belə bir ideyanı gerçəkləşdirməyi bizə həvalə edib", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB