Məlum olduğu kimi, respublikamızın bir sıra bölgələrinə yağan güclü leysan yağışları və düşən dolu sosial obyektlərin və vətəndaşların fərdi evlərinin dam örtüklərinə ciddi ziyan vurub. SİA-nın nazirliyin rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, ölkə başçısının tapşırığına əsasən, iyunun 23-də Fövqəladə Hallar Nazirliyi tərəfindən təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması məqsədi ilə Füzuli və Gədəbəy rayonlarına 3 min ədəd şifer yola salınıb. Bundan başqa, ümumilikdə, bölgələrdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədilə Şamaxı rayonuna 43 min, Zaqatala rayonuna 3 min, Quba və Tovuz rayonlarının hər birinə min, Ağsu rayonuna 500 ədəd şifer, eyni zamanda, taxta və şüşə materialları göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB