“Gənc nəslin Qarabağ, onun tarixi, maddi-mənəvi mədəniyyəti haqqında bilikləri yox dərəcəsindədir”-MÖVQE

“Gənc nəslin Qarabağ, onun tarixi, maddi-mənəvi mədəniyyəti haqqında bilikləri yox dərəcəsindədir”-MÖVQE

"Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi Bakı şəhərində "Qarabağın maddi-mənəvi mədəniyyət irsinə dair qaçqın - məcburi köçkün uşaqlar üçün həftə sonu məktəbi" layihəsinin icra başa çatmaq üzrədir. İctimai Birliyin sədri Nürəddin Mehdiyevin SİA-ya verdiyi xəbərə görə, Azərbaycan Respub­likasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində 8 təlim keçirilib. Onun sözlərinə görə, layihənin məqsədi qaçqın - məcburi köçkün uşaqlarının həftə sonu məktəbi vasitəsi ilə Qarabağın maddi-mənəvi mədəniyyət irsinə dair biliklərini artırmaq, Qarabağda anadan olmayan məcburi köçkün uşaqların Qarabağ haqqında, onun zəngin mədəniyyəti haqqında, daha geniş biliklərə yiyələnməsi ilə öz ata- baba yurdlarna mənəvi bağlılıqlarını artırmaq, özünə inamını yüksəltmək, vətənpərvər vətandaş kimi böyüməsinə yardım­çı olmaq, məcburi köçkün uşaqların səsinin dünyanın müxtəlif ölkələrində yaşayan həmyaşıdlarına çatdırmaqdır.

Layihənin rəhbəri deyib ki, bu gün dövlət Qarabağın qaytarılması üçün bütün mümkün vasitələrdən istifadə edir və bunlar Azərbaycan cəmiyyətinə özünəinam və ümid verir.

"Əlbəttə dövlətlə yanaşı bu işdə vətəndaşların da üzərinə vəzifələr düşür. Bu vəzifələrdən biri bilikli olmaq və haqlı mövqeyimizi dünyaya anlatmaqdır. Amma təəssüf ki, bəzən istəklərlə həyata keçirilən işlər arasında fərqlər olur. Müşahidələr onu göstərir ki, gənc nəslin Qarabağ haqqında, onun tarixi, maddi-mənəvi mədəniyyəti haqqında bilikləri nəinki azdır, hətta yox dərəcəsindədir. Bu baxımdan qaçqın və məcburi köçkün uşaqlar da istisna deyil. Bu uşaqlar məcburi köçkün statusunda olsalar da vətənləri olan Qarabağda anadan olmayıb, orada yaşamayıblar. Onlar indi Azərbaycanın müx­təlif bölgələrində yaşayır və təhsil alırlar. Bu təhsil müəssisələrinin proqramlarında Qarabağı ayrıca bir dərs kursu kimi öyrənilmir. Digər tərəfdən bu mövzunu aktual edən səbəblərdən biri də müxtəlif beynəlxalq təşkilatların nümayəndələri ilə xarici ölkələrdən gələn öz uşaq həmkarları ilə görüşlərdə məcburi köçkün uşaqların öz kiçik vətənləri haqqında daha çox biliklərlə silahlanması istəyidir. Bu Qarabağla bağlı daha obyektiv informasiyanın dünya xalqlarına, dünyanın müxtəlif ölkərindən olan uşaqlara çatdırılmasına əhəmiyyətli dərəcədə kömək olardı", - deyə o əlavə edib.

N.Mehdiyev bildirib ki, qeyd olunanlar bu istiqamətdə layihənin həyata keçirilməsini zəruri edib. Onun sözlərinə görə, Bakı şəhərində seçilən məktəbdə Qarabağın maddi-mənəvi mədəniyyət irsinə dair qaçqın-məcburi köçkün uşaqlar üçün həftə sonu məktəbləri keçirilib. Hər iki məktəbdən cəmi 60 nəfər qaçqın - məcburi köçkün uşağa məktəbdən kənar təlimlər keçirilib: "Təlimlər zamanı uşaqlara Qarabağ haqqında, onun zəngin mədəni irsi haqqında, tarixi haqqında daha geniş biliklər verilmişdir. Layihənin sonunda layihə iştirakçısı olan uşaqlar adından uşaqlarin beynəlxalq müdafiasi günü ərəfəsində dünya uşaqlarına məktub hazırlamışlar və BMT-nin Uşaq Fonduna təqdim ediblər. Məktubda dünya uşaqlarının diqqəti ermənilərin Qarabağda törətdikləri vəhşiliklərə, Qarabağın maddi mədəniyyət abidələrinin ermənilər tərəfindən dağıdılması faktlarına yönəldilib".

Bütün xəbərlər Facebook səhifəmizdə