Mirkazım Seyidov: “Bu gün Azərbaycan diasporu dünyada çox böyük əhəmiyyət kəsb edir”- MÜSAHİBƏ (SƏS TV)

Mirkazım Seyidov: “Bu gün Azərbaycan diasporu dünyada çox böyük əhəmiyyət kəsb edir”- MÜSAHİBƏ (SƏS TV)

Politoloq, Novosibirskdə fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun sədri Mirkazım Seyidovun SƏS TV-yə müsahibəsi:

- Qarşıdan dünya azərbaycanlılarının qurultayı gəlir. Bu qurultaya hazırlıq və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarının burada iştirakı necə həyata keçiriləcək?

- Bu qurultayın əsası hələ ümummilli lider Heydər Əliyevin vaxtında qoyulub. Azərbaycan dövlətinin xarici siyasətinin prioritet sahələrindən biri də diaspor təşkilatının formalaşması və ölkəmizdən kənarda yaşayan azərbaycanlıların milli mənəvi dəyərlərini qoruyub saxlamaqdır. Bu sahədə təbii ki bir çox işlər görülüb. Bu gün Azərbaycan diasporu dünyada çox böyük əhəmiyyət kəsb edir.

- Bu qurultayda diaspor quruculuğunun genişləndirilməsi istiqamətində məsələlərin müzakirəsi və qərarın qəbul olunması nə dərəcədə gözləniləndir?

- 5 ildən bir keçirilən qurultay iştirakçıların qarşısına həm də məsuliyyət qoyur. Bu məsuliyyət də qurultay zamanı müzakirə olunan məsələlərin həllinin tapılmasında mühüm rol oynayır.Əsas məqsəd isə güclü diaspor, milli şüurun və birliyin yaradılması, Azərbaycanın maraqlarını beynəlxalq səviyyədə təsdiqləmək və onun müdafiə etməkdir. Diasporlarda hər zaman yeni fikirlər olur. Hesab edirəm ki, diaspor lobbiçiliyə getdikcə Azərbaycanın maraqlarını beynəlxalq səviyyədə müdafiə edəcək.

- Diasporla İş üzrə Dövlət Komitəsi bu qurultaya hansı dəstəyi göstərəcək?

- Komitənin konkret dəstəyi həm də bütün dövlətin apardığı xarici siyasətin müqabilində həyata keçirilir. Təbii ki, bu kimi işlərin həyata keçirilməsində komitənin işi əvəzsizdir. Diasporun son olaraq Almaniyada, Türkiyədə və digər ölkələrdə həyata keçirdikləri tədbirlər ondan xəbər verir ki, mütəmadi olaraq qurum öz işini layiqincə yerinə yetirir.

Bütün xəbərlər Facebook səhifəmizdə