Diaspor rəhbəri: \"Əlyazmalar tədqiq və nəşr edildikdən sonra müxtəlif dillərə tərcümə edilərsə, milli və dini irsin təşviqatı istiqamətində böyük rol oynayar\"

Diaspor rəhbəri: \"Əlyazmalar tədqiq və nəşr edildikdən sonra müxtəlif dillərə tərcümə edilərsə, milli və dini irsin təşviqatı istiqamətində böyük rol oynayar\"

Birləşmiş Ərəb Əmirliyində Dubay hökumətinin milli, dini və xeyriyyəçilik işləri üzrə nazirliyinin təşəbbüsü ilə "İslam irsinin dirçəlişi və milli özünəməxsusluğun təşviqi\" mövzusunda simpozium keçirilib. Bu barədə SİA-ya Birləşmiş Ərəb Əmirliyində fəaliyyət göstərən "Azərbaycan\" Cəmiyyətinin sədri Samir İmanov məlumat verib. Simpozium nazir Doktor Həməd Bin Şeyx Əhməd Əl-Ṣeybaninin sədrliyi ilə keçirilib. Tədbirdə Dubayın Ṣeyx aparatının məsul işçiləri, ərəb körfəzi ölkələrindən nümayəndələr və BƏƏ-dəki "Azərbaycan\" Cəmiyyətinin sədri Samir İmanov iştirak edib. Simpoziumu giriş sözü ilə nazir açaraq qeyd edib ki, simpoziumun məqsədi milli kimliyimizin təşviqi, islam irsinin dirçəlişi və insan sivilizasiyasının inkişafına töhvə vermək və cəmiyyətin mədəni və elmi xəritəsində Dubay əmirliyinin yerini inkişaf etdirmək və dini tolerantlığa şüurlu surətdə malik olmaqdır. O əlavə edib ki, hazırda Dubay Əmirliyində ümumiyyətlə BƏƏ-i vətəndaşlarında çoxlu sayda milli və dini əlyazmalar mövcuddur: \"Biz onların qayğısına qalmalı, milli irsimizin qorunması və dirçəlişinə yardım etmek məqsədilə bu yazılar alimlərimiz tərəfindən tədqiq edilməli, öyrənməli və nəşr edilməlidir\".


Simpoziumda digər çıxışçılarla yanaşı çıxış edən Samir İmanov qeyd edib ki, Azərbaycanda hər zaman dini tolerantliq hökm sürüb və bugün də dövlət siyasətinin ayrılmaz hissəsidir. O vurğulayıb ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev hər zaman istər Sovet İttifaqı dövründə, istərsə də son müstəqilliyimizi əldə etdikdən sonra milli və dini dəyərlərə yüksək qiymət verib. Samir İmanov Prezidentdən sitat gətirərək deyib \"Hər bir insan öz dilini və dinini bilməli onu qorumalı və hörmət etməlidir\".

Sonra əlyazmalara toxunan cəmiyyət sədri bildirib ki, Azərbaycanın Milli Elmlər Akademiyası nəzdində yaşi çox olan əlyazmalar institutu fəaliyyət göstərir və orada çoxlu sayda əlyazmalar mövcuddur. İnstitutda çalişan təcrübəli mütəxəssislər ərəb ölkələri, Türkiyə və İran kimi dövlətlərlə yaxından əməkdaşlıq edir ve ehtiyac duyularsa, onların da təcrübəsindən Dubayda istifadə etmək mümkündür. Sonda Samir İmanov təklif edib ki, əldə edilən əlyazmalar tədqiq və nəşr edildikdən sonra müxtəlif dillərə tərcümə edilərsə, tarixin, milli və dini irsin təşviqatı istiqamətində böyük rol oynayar.


Simpozium iştirakçılarına hicri təqvimi ilə 849-911 illərdə yaşayan imam Cəlaləddin Əl-Suyutinin yazdığı "Quran elminə və təfsirinə 10 məktub\" ikicildliliyi hədiyyə edilib. Simpozium yerli qəzetlərdə və televiziya kanallarında geniş işıqlandırıb.


Bütün xəbərlər Facebook səhifəmizdə