“Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda seminar-treninq keçirilib
Səbail rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə "Azərbaycanda dövlət-din münasibətləri" mövzusunda növbəti seminar-treninq keçirilib. SİA-nın xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayənlədəri, Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Dini məsələlər üzrə Komissiyanın üzvləri, Badamdar və Bibiheybət qəsəbələrinin icra nümayəndələri, Bələdiyyələrinin rəhbərləri və üzvləri, orta təhsil müəssisələrinin, ziyalıların nümayəndələri, həmçinin rayonda fəaliyyət göstərən dini qurumların rəhbərlərinin iştirak etdiyi seminarı Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH Başçısı yanında Dini məsələlər üzrə Komissiyanın sədri Xalidə Bayramova açaraq əvvəlcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 10 illiyi münasibəti ilə Dövlət Komitəsinin rəhbərliyini və kollektivini təbrik etmiş, çətin və məsuliyyətli işlərində onlara uğurlar arzulayıb.
X.Bayramova bildirib ki, Dövlət Komitəsi tərəfindən ölkədə dövlət-din siyasətinin həyata keçirilməsi, radikal dini qrupların zərərsizləşdirilməsi, qeyri-ənənəvi təriqətlərin təbliğatının qarşısının alınması, mili-mənəvi dəyərlərin, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması, eləcə də Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazasının geniş və əhatəli şərhi məqsədi ilə seminar-treninqlər keçirilir və bu tədbir Səbail rayonunda keçirilən növbəti seminardır.
Səbail rayon İcra Hakimiyyətinin şöbə müdiri, RİH başçısı yanında Dini məsələlər üzrə Komissiyanın üzvü İsrafil Kərimov rayondakı dini durum barədə məlumat verib. Qeyd olunub ki, hazırda rayonda 6 məscid, 1 ibadət yeri, 1 dini mədrəsə mövcuddur. Dini icmaların 6-sı müsəlman, 1-i isə xristian təriqətlidir. Onların 4-ü yenidən rəsmi Dövlət qeydiyyatından keçib.
Bildirilib ki, RİH və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nümayəndələri, həmçinin tanınmış ilahiyyatçıların iştirakı ilə birlikdə rayonun ali və orta təhsil müəssisələrində, o cümlədən 49, 51, 239 saylı orta məktəblərdə, Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycanda Dövlət-din münasibətləri, Qeyri-ənənəvi dini təriqətlər və s. mövzularda tədbirlər və dəyirmi masalar keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ceyhun Məmmədov "Azərbaycanda dövlət-din münasibətləri" mövzusunda çıxış etmiş, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uğurlu dövlət-din siyasətinin nəticəsi kimi ölkəmizdə dini tolerantlıq mühitinin yaradıldığını, ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi, dini ibadət yerlərinin bərpa olunub vətəndaşların istifadəsinə verilməsi istiqamətində gördüyü işlərdən danışmış, həmçinin bu ay Milli Məclis tərəfindən "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklər barədə məlumat verib.
Seminarda İçəri şəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli, "Həzrət Məhəmməd" məscidi dini icmasının sədri Hacı Xanmirzə Bağırov, 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova, 162 saylı orta məktəbin direktoru Ələkbər Əliyev, 6 saylı məktəb-liseyin direktoru Gülşən Orucova və başqaları çıxış edərək Azərbaycanda tolerantlıq mühitinin mövcudluğundan, dini ibadət yerlərində normal şəraitin yaradılmasından, dövlət tərəfindən məscid və ibadətgahların təmirinə göstərilən diqqətdən danışmış, qeyri-ənənəvi təriqətlərin xalqımız üçün yad olan təbliğatının qarşısının alınması, gənclərin radikal dini qrupların təsirinə düşməməsi üçün görülməsi vacib işlərdən danışmış, orta və ali məktəblərdə mütəxəssislərin iştirakı ilə görüş və tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



