Millət vəkili Fuad Muradov “Gələcəyin Yeni Liderləri” adlı beynəlxalq tədbirdə iştirak edir

Millət vəkili Fuad Muradov “Gələcəyin Yeni Liderləri” adlı beynəlxalq tədbirdə iştirak edir

22-25 iyun tarixlərində Belçikanın Brüsel şəhərində "Crans Montana Forum"(Krans Montana Forumu) 22-ci sessiyası keçiriləcək. 25 iyunda həmin tədbir çərçivəsində "Gələcəyin Yeni Liderləri" (New Leaders of Tomorrow) xüsusi gürüşü keçiriləcək. Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkiliFuad Muradov 3 il müddətinə Forumun İdarə heyəti tərəfindən "Krans Montana Forumu"nun "Gələcək Yeni Lidelər"inin üzvü seçilib.

Qeyd edək ki, "Crans Montana Forumu"nun Əsası 1989-cu ildə qoyulub və bu forum hər il iyun ayında baş tutur. Hər il dünyanın 1000-dən artıq yüksək vəzifəli şəxsləri bu toplantıya qoşulur. Bu forum rəhbərlik rəsmiləri üçün olan yeganə bir toplantıdır. Bu il"Crans Montana" forumu öz 22 illiyini qeyd edəcək və forumun əsas mövzusu "Əsas inqilab başlayıb – bizim sabahki dünyamız necə olacaq?" adlanır.

Görüş zamanı rəhbərlik rəsmiləri, biznes qurumları və beynəlxalq təşkilatlar arasında sabahki dünyanın necə olacağı ilə bağlı açıq debatlar keçiriləcək.

Azərbaycan bu forumda qonaq ölkə kimi iştirak edir. "Crans Montana" Forumu23-cü görüşü Bakıda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə