Komissiya sədri: “Bir çox dövlət orqanları gəncləri işə qəbul etmək istəmir”

Komissiya sədri: “Bir çox dövlət orqanları gəncləri işə qəbul etmək istəmir”

"Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada (DQMK) çalışanların orta yaş həddi 33-dür. Ancaq gənclərin dövlət orqanlarına işə qəbul edilməsində müəyyən problemlər var". SİA-nın xəbərinə görə, bu barədə DQMK sədri Bəhram Xəlilov məlumat verib. O bildirib ki, bir çox dövlət orqanı gəncləri işə qəbul etmək istəmir və burada onların təcrübələrinin az olmasını səbəb gətirirlər. B.Xəlilovun sözlərinə görə, dövlət qulluğuna qəbul zamanı gənclərin biliyi və potensialının olmasına əsas üstünlük verilir.

"4-5 ay ərzində həmin gənclərin potensialı üzə çıxır, 2-3 il ərzində isə onlar öz sahələri üzrə gözəl mütəxəssis olurlar. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında da gənclərin dövlət qulluğuna qəbulu ilə bağlı məsələlər öz əksini tapıb. Komissiya gənclərin dövlət qulluğuna qəbuluna dair aparıb statistikada məlum olub ki, dövlət orqanlarında çalışanların 20-25 faizini gənclər təşkil edir. Bu da çox azdır. Komissiya tərəfindən işə qəbul olunan gənclərin sayı isə 75 faiz təşkil edir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə