\"Starwoodu\"-un 73-cü oteli Bakıda açılacaq

\"Starwoodu\"-un 73-cü oteli Bakıda açılacaq

Bakıda "Sheraton" mehmanxanası açılacaq. SİA-nın məlumatına görə,"Starwood Hotels & Resorts Worldwide" şirkətimehmanxananın açılışı ilə bağlı "Silk Way Airlines" MMC ilə sazişimzalayıb.

Məlumatda bildirilir ki, mehmanxananın açılışı birmənalı şəkildə"Starwood"un Azərbaycanda fəaliyyətə başlamasından xəbər verir. Bu isə bütün dünyada 60-dan çox "Sheraton" otelinin açılması üzrə şirkətin strateji planının bir hissəsidir.

Mehmanxananın açılışı çərçivəsində Bakı aeroportunda mövcud olan "Holiday inn" mehmanxanasının müasirləşdirilməsi və adının dəyişdirilməsi nəzərdə tutulur.

"Starwood Hotels & Resorts Worldwide"in rəhbəri Roeland Vosaçılışla bağlı fikirlərini ifadə edən zaman bildirib ki, Azərbaycanda otelin açılışı böyük əhəmiyyət kəsb edir: \"Yeni sərhədlərə çıxma bizim genişlənmə strategiyamızın əsas hədəfidir. Biz "Silk Way Airlines" ilə əməkdaşlıqdan çox şadıq. Əsasən də qeyd etmək lazımdır ki, bu,"Starwood"un Azərbaycanda açılan ilk oteli olacaq. Bakı ölkənin əsas iqtisadi mərkəzi və regionda ən mühüm turizm yerlərindən biridir. "Sheraton"un nüfuzu isə gələcəkdə Bakının beynəlxalq turistlərə təqdim edilməsində mühüm rol oynayacaq\".

Adıçəkilən otel Heydər Əliyev Beynəlxalq Aeroportunun yaxınlığında yerləşəcək. Otel 14 lüks otaq daxil olmaqla, 207 nömrə, müxtəlif restoranlar, istirahət üçün zonalar və konfrans zallarından ibarət olacaq.

Qeyd edək ki, Şərqi və Mərkəzi Avropada ümumilikdə72 "Starwood" oteli fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə