Samuxda xırdabuynuzlu heyvanlar peyvənd olunur

Samuxda xırdabuynuzlu heyvanlar peyvənd olunur

Samux rayonunda xırdabuynuzlu heyvanların peyvənd olunmasına başlanılıb. Bu barədə SİA-nın bölgə müxbirinə Samux rayon Baytarlıq İdarəsinin rəisi Mürvət Bağırov məlumat verib. Onun sözlərinə görə, heyvanlar əsasən bruselyoz və dabaq xəstəliklərinə qarşı peyvənd olunur. Artıq bu məqsədlə quruma Dövlət Baytarlıq İdarəsi tərəfindən 6 minə yaxın vaksin gətirilib. Rayonda isə xırdabuynuzlu heyvanların sayı 160 mindən artıqdır. Əlavə vaksinlərin gətirilməsi də nəzərdə tutulur.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə