Millət vəkili: “Ermənistan narkotik vasitələrin yayılmasına rəvac verir”
Ermənistan dövləti narkotik vasitələrin yayılmasına rəvac verir. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü İlham Məmmədov deyib.
Onun sözlərinə görə, 20 faiz işğal altında olan Azərbaycan torpaqlarında yetişdirilən, qeyri-qanuni narkotiklərin dövriyyəsinə aid edilən və bəşəriyyəti məhvə doğru sürükləyən bəla çox təəssüflər olsun ki, beynəlxalq hesabatlarda çox zəif vurğulanır: "Hesab edirəm ki, bu faktlar beynəlxalq hesabatlarda çox yüksək səviyyədə vurğulanmalıdır. Çünki öz maddi rifahlarını yaxşılaşdırmaq naminə bəşəriyyəti məhvə doğru sürükləyən bu şəxslər insan qatili, dəhşətli bir cinayətkardılar. Erməni terrorizmi və erməni qəsbkarları torpaqlarımızı işğal etməklə yanaşı dünyanı da məhvə doğru sürükləyir".
Millət vəkili onu bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycan dövləti narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün öz üzərinə düşən bütün öhdəlikləri uğurla həyata keçirir: "Hüquqi bazanın yaradılması istiqamətində Milli Məclis tərəfindən ciddi addımlar atılıb. Rəsmi Bakı dünyaya narkotiklərə qarşı mübarizəyə yardım etmək üçün 1996-cı ildə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasını yaratdı. Bu komissiya öz fəaliyyətini uğurla həyata keçirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB