“Obyektiv işə qəbul vasitəsi ilə dövlət qulluğunda şəffaflığın təmini” mövzusunda beynəlxalq tədbir keçiriləcək
İyunun 24-25-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) "Obyektiv işəqəbul vasitəsi ilə dövlət qulluğunda şəffaflığın təmini" mövzusunda beynəlxalq dəyirmi masa keçirəcək. DQMK-nın mətbuat xidmətinin rəhbəri Asəf Əliyevin SİA-ya verdiyi xəbərə görə, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycanda Dövlət Qulluğu Sektorunda İslahatların Dəstəklənməsi layihəsinin dəstəyi ilə baş tutacaq.
O bildirib ki, tədbirin məqsədi dövlət qulluğuna qəbul sahəsində Azərbaycanın təcrübəsini bölüşmək, dövlət qulluğuna qəbulun peşəkarlıq, şəffaflıq və obyektivlik prinsipləri əsasında həyata keçirilməsini göstərmək, dövlət qulluğunun inkişafı istiqamətində ölkəmizdə aparılan islahatlar barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, bu sahədə mövcud problemləri müzakirə etmək və nəticələr çıxarmaqdan ibarətdir. A.Əliyevin sözlərinə görə, beynəlxalq tədbirdə Albaniya, Estoniya, Gürcüstan, Hindistan, İrlandiya, Cənubi Koreya, Monteneqro, Litva, Makedoniya, Moldova, Rumıniya, Türkiyə, Ukrayna, Uqandanın dövlət qulluğu və inzibati idarəetmə sahəsində müvafiq qurumlarının, həmçinin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), BMT-nin İnkişaf Proqramının (UNDP) və digər beynəlxalq təşkilatların yüksək vəzifəli şəxsləri iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB