Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında olublar.
Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Cabbar Savalan və istintaq altında olan başqa şəxslərlə görüş zamanı onlar saxlanma şəraiti və müəssisə əməkdaşlarının onlarla rəftarından narazı olmadıqlarını bildiriblər.
Eyni zamanda Aparatın əməkdaşları istintaq təcridxanasında məhkumlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə tibb hissəsinin rəisinə bu istiqamətdə dəyişiklik edilməsi ilə bağlı tövsiyələr veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB