Gəncədə ümummilli lider Heydər Əliyevin adını daşıyan park yenidən qurulacaq

Gəncədə ümummilli lider Heydər Əliyevin adını daşıyan park yenidən qurulacaq

Gəncə şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan park yenidən qurulacaq. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məlumat verib. Onun sözlərinə görə, artıq parkın yeni layihəsi hazırdır. "Ümummilli lider Heydər Əliyevin adını daşıyan park yenidən qurulduqdan sonra ölkədə ən gözəl istirahət guşələrindən biri olacaq. Orada bir neçə layihə həyata keçiriləcək. Uşaq meydançası yaradılacaq, idman mərkəzləri tikiləcək. Eyni zamanda göl də yaradılması nəzərdə tutulub. Ümumilikdə layihələr genişdir. Hazırda hazırlıq işləri görülür, yaxın vaxtlarda işə başlanılacaq", Elmar Vəliyev deyib.

Qeyd edək ki, Gəncədə görkəmli siyasi xadimin adını daşıyan istirahət guşəsi ən iri parkdır. Parkın ümumi ərazisi 300 hektardan artıqdır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə