Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Mərakeş Krallığına rəsmi səfərə yola düşüb. Bu barədə SİA-ya QMİ-dən məlumat verilib. Məlumata görə, səfər Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının sədri Əbdülvahid ər-Radinin dəvəti əsasında həyata keçirilir.
İki ölkə müsəlmanlarının müştərək mənafelərinə xidmət edən məsələlərin müzakirəsi və xalqları arasında mövcud dini-mənəvi əlaqələrin daha da dərinləşdirilməsi məramına xidmət edən bu səfər zamanı Şeyxülislam A. Paşazadənin ölkə rəhbərliyi, Parlamentin hər iki palatasının sədrləri, Mərakeş Krallığı Vəqflər və İslam işləri Naziri və başqaları ilə görüşləri nəzərdə tutulur.
Səfər iyunun 24-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB