İctimai asayişi və təhlükəsizliyi təmin edən paytaxt polisi vaxtaşırı xeyriyyə tədbirlərində də iştirak edir. Bakı şəhər Baş Polis İdarəsində növbəti dəfə könüllü qanvermə aksiyası keçirilib.
İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Savab dünyası" Azərbaycan Talassemiya Assosiasiyasının müraciəti əsasında keçirilən "Donor günü" aksiyasına Baş İdarənin şəxs heyəti dəstək verib.
İyunun 22-də baş tutmuş bu nəcib tədbirdə idarənin onlarla əməkdaşı qana ehtiyacı olan xəstələr üçün könüllü olaraq qan verib. Aksiyanın paytaxtın digər polis idarə və bölmələrində də davam etdirilməsi nəzərdə tutulur.
Qanvermədə Səhiyyə Nazirliyi Elmi Tədqiqat Gematalogiya İnstitutunun həkim və tibb personalı iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB