Nadir Abdullayev: “Əcnəbilər işə götürülərkən həmin müəssisədə mütləq qeydiyyatdan keçməlidir”- MÜSAHİBƏ (SƏS TV)

Nadir Abdullayev: “Əcnəbilər işə götürülərkən həmin müəssisədə mütləq qeydiyyatdan keçməlidir”- MÜSAHİBƏ (SƏS TV)

Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Müdafiəsi İctimai Birliyinin sədri Nadir Abdullayevin SƏS TV-yə müsahibəsi:

- Azərbaycanda miqrantların vəziyyəti necə tənzimlənir?

- Azərbaycan miqrasiya cəhətdən cavan ölkələrdən biridir. Son dövrlər Azərbaycanın sosial iqtisadi inkişafı daha da genişlənir. Azərbaycana gələnlərin bir qismi əmək miqrantlarıdır. Ölkəmizdə təxminən 80 minə yaxın insan əmək miqrantı hesab olunur ki, onlar da müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Bu rəqəmin 40 %-i tikinti işlərində, 30%-i isə neft çıxarma sahəsində fəaliyyət göstərirdilər. Digərləri isə tranzit miqrantlardır. Onlar da üçüncü bir ölkəyə keçmək üçün Azərbaycandan istifadə edirlər. Çünki Azərbaycan dünya yollarının kəsişdiyi ərazidə yerləşir. Üçüncü qrupa isə bizim ölkədən olan miqrantlar daxildir. Bu insanlar da öz ölkələrindən etnik, dini və digər məsələlərə görə sıxışdırılıb. Onlar siyasi sığınacaqlar tapmaq üçün isə bizim ölkəyə gəlirlər.

- Bəzi xarici şirkətlər işə qəbul zamanı əcnəbiləri sosial müdafiə fondunda qeydiyyatdan keçirmirlər. Bu da onların sosial ödənişlərdən azad olmalarına gətirib çıxarır. Problemin həlli ilə bağlı nə deyə bilərsiniz?

- Bu kimi hallar çox vaxt özünü büruzə verir. Şübhəsiz ki, əcnəbilər işə götürülərkən həmin müəssisədə mütləq qeydiyyatdan keçməlidir.

- Miqrasiya xidməti və miqrantlarla bağlı müraciətlər ən çox hansı məsələlərlə bağlı olur?

- Miqrantların ən böyük problemləri işsizlikdir. Gürcüstandan gələn miqrantlar isə şikayət edirlər ki, işə qəbul olmaq üçün onlardan 1000-2000 manat pul istənilir. Digər problem isə ölkəmizə gələnlərin buraya uyğunlaşa bilməməsidir. Ölkəmizdə olan miqrantların bir çoxu qeyri- reqal şəkildə yaşayırlar. Azərbaycanda 30 minə yaxın belə insanlar var. Bu insanların hamısı uçota durmalıdırlar.

- Miqrasiya haqqında olan sərəncam özündə nələri ehtiva edir?

- Bu sərəncamdan sonra miqrantlar üçün vacib olan hüquqi baza yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə