“Səbiskar qəbiristanlığının sökülməsi ilə bağlı gəzən söz-söhbətlər şayiədir”
"Səbiskar qəbiristanlığının sökülməsi ilə bağlı gəzən söz-söhbətlər şayiədir". Bu fikirləri SİA-nın bölgə müxbirinə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib.
"Gəncədə Şəhidlər xiyabanı təmir edilir, yeni abidə kompleksi ucaldılır. Səbiskar qəbiristanlığında tarixi şəxsiyyətlər uyuyur, insanların yaxınları dəfn olunub. Bu cür söhbətlər həqiqəti əks etdirmir", E. Vəliyev deyib.
Qeyd edək ki, son dövrlər bəzi Kütləvi İnformasiya Vasitələrində tarixi əhəmiyyətə malik Gəncənin Səbiskar qəbiristanlığının söküləcəyi ilə bağlı bir bəzi məlumatlar verilib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB