II qrup əllil haqqını tələb edir, aidiyyəti qurumlar isə... - ŞİKAYƏT

II qrup əllil haqqını tələb edir, aidiyyəti qurumlar isə... - ŞİKAYƏT

Bakı şəhəri M.Qaşqay küç.42 Azərbaycan Neft Akademiyasının yataqxanasının 244-cü otağında məskunlaşmış ömürlük II qrup əlil Bayramov Bəkir Məhəmməd oğlunun evində baş verən partlayışla əlaqədar redaksiyamıza daxil olan məktub diqqətimizi çəkdi. B.Bayramov məktubunda 2008-ci ildə evində qaz sızması nəticəsində yaranan partlayışdan sonra aidiyyəti orqanlara yazdığı şikayətlərə laqeyd yanaşıldığından bəhs edib: "Mən Qarabağ müharibəsində iştirak etmişəm və müharibədə yaralanıb ömürlük əlil qalmışam. O zamandan ADNA-nın yataqxanasında çətin şəraitdə yaşayıram. 2008-ci ildən binada yerləşən "Gözəl Məkan" restoranından evimə qaz sızır və bu barədə aiddiyyəti orqanalara müraciətim cavabsız qalıb. Halbuki, evimdə qaz yoxdur. Bunun nəticəsində isə 2009-cu ildə partlayış baş verdi. Partlayış nəticəsində mən və ailə üzvlərim ağır dərəcəli bədən xəsarətləri alıdıq. Hal-hazırda da müalicələrimiz davam edir və təəssüf ki, malicələr ölkə daxilində mümkün deyil və ölkə xaricinə getmək lazımdır. Bu zamana qədər isə qohum və tanışaların yardımı ilə müalicə olunuruq. Heç bu zamana qədər evə dəyən ziyan qarşılanmır. Saysız-hesabsız yazdığım müraciətlər cavabsız qalıb. Bundan sonra biz aidiyyəti orqanlara müracitə etdik\".

Şikayətçinin sözlərinə əsasən, onun ərizəsinə Fövqəladə Hallar Nazirliyində baxılıb və Bakı Şəhər Baş Prokurorluğuna göndərilib və bundan sonra istənilən nəticə hasil olmayıb və zərərçəkənin sözlərinə görə, partlayışın səbəbkarları hələ də həbs olunmayıb.

Bu Barədə Baş Prokurorluqla əlaqə yaratdıq və bu barədə prokuror Zakir Həmzəyev bunları dedi: "Biz həmin insanın əzrizəsinə baxmışıq və hadisə yerində araşdırma apararaq B.Bayramovun evinə dəymiş ziyanı müəyyən etmişik. Tərəfimizdən həmin insana 7 min manat pul da verilməyi qərara alınmışdı, baxmayaraq ki, dəymiş ziyan 5 min manatdır. Bu barədə Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi həmin insana torpaq sahəsi verməyi də təklif etmişdi, amma B,Bayramov bizdən 70 min manat pul istəyir. İddia edir ki, partlayış nəticəsində ailə üzvlərinin sağlamlığına ciddi ziyan dəyib və müalicəsi ancaq xaricdə mümkündür. Bu barədə Səhiyyə Nazirliyi də həmin şəxsin müalicəsinə yardımçı olmaq istəyib, amma B.Bayramov öz dediyindən dönmür. Hətta bildiyimə görə, Rusiya və Amerika prezidentlərinə ərizə ilə müraciət də edib ki, ona vətəndaşlıq verilsin. Həmin insan bizə deyir ki, müalicə yalnız İsveçrədə mümkündü. Biz də təklif etmişik ki, müalicəni orda hansı klinika, neçəyə edir bizə rəsmi şəkildə bildirsin. Qanunvericiliyə uyğun olaraq şəkildə onun ailəsinin müalicəsinin xərcləri ödənsin. Bu insan sadəcə müxtəlif bəhanələrlə çox pul əldə etmək istəyir, biz isə qanunun tələb etdiyindən artığını ona verə bilmərik".

Bütün xəbərlər Facebook səhifəmizdə