Jurnalistlər üçün müsabiqə elan edilib

Jurnalistlər üçün müsabiqə elan edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) jurnalistlər üçün müsabiqə elan edir. Bu barədə jurnalistlərə açıqlamasında qurumun sədri Hicran Hüseynova məlumat verib. O bildirib ki, "Uşaq hüquqları və media" adlı müsabiqə oktyabrın 1-dək davam edəcək və sonda 3 yer uğrunda yazılar seçiləcək. Yazıların komitədə yaradılan münsiflər heyəti tərəfindən qiymətləndiriləcəyini deyən H.Hüseynova vurğulayıb ki, burada da ziyalılar, uşaq sahə üzrə mütəxəssislər təmsil olunacaq.

"Müsabiqənin keçirilməsində əsas məqsəd uşaqlar üçün və uşaqlar haqqında yazılarda uşaq hüquqlarına riayət edilməsini və uşaq maraqlarının daha dolğun şəkildə əhatə olunmasını təmin edən, yaxud bu sahədə araşdırma aparan ən yaxşı yazarların müəyyənləşdirilərək mükafatlandırılmasıdır. Bəzən jurnalistlər öz yazılarında, hazırdıqları sujetlərdə uşaq hüquqlarını istənilən səviyyədə nəzərə almır. Ancaq mən qeyd etmək istərdim ki, ölkənin gələcəyi olan uşaqlara biganə qalmaq olmaz", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə