Əli Həsənov: “BMT-nin Vyana ofisi Dağlıq Qarabağ ərazisində narkotiklərlə bağlı monitorinq keçirmək istəsə də, Ermənistan buna qarşı çıxıb”

Əli Həsənov: “BMT-nin Vyana ofisi Dağlıq Qarabağ ərazisində narkotiklərlə bağlı monitorinq keçirmək istəsə də, Ermənistan buna qarşı çıxıb”

"Azərbaycan ərazilərindən əsasən 4 marşrut üzrə narkotiklərin daşınmasından tranzit ölkə kimi istifadə edilir: Əfqanıstan - Pakistan - İran - Azərbaycan, Əfqanıstan - İran - Azərbaycan, Əfqanıstan - Orta Asiya - İran – Azərbaycan və Əfqanıstan - İran - Dağlıq Qarabağ". SİA-nın xəbərinə görə, bunu Baş Nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib. Onun sözlərinə görə, BMT-nin hesabatlarında birinci üç marşrut qeyd olunur: "Biz məsələ qaldırmışıq ki, dördüncü marşrut da BMT-nin hesabatında qeyd olunsun. Lakin onlar bunu hesabata salmayıblar. Ümumiyyətlə, Dağlıq Qarabağda narkotiklərin becərilməsi və həmin ərazidən tranzit kimi istifadə olunmasının BMT hesabatlarına salınmasına cəhd etsək də, buna maraq göstərilmir. Çünki erməni diasporunun bu məsləyə böyük təsiri var. Eyni zamanda BMT-nin Vyana ofisi Dağlıq Qarabağ ərazisində narkotiklərlə bağlı monitorinq keçirmək istəsə də, Ermənistan buna qarşı çıxıb".

Ə. Həsənov həmçinin ötən ilin statistik göstəricilərinədə toxunub. : "Azərbaycanda bu problemlə məşğul olmaq üçün kifayət qədər tədbirlər görülür. 2010-cu ildə 2 tona qədər narkotik vasitə Daxili İşlər Nazirliyi, 1 ton 200 kiloqrama qədər Milli Təhlükəsizlik Nazirliyi, 359 kiloqram Dövlət Sərhəd Xidməti, 300 kiloqrama qədər Dövlət Gömrük Komitəsi tərəfindən müsadirə olunub. 350 ton isə təbii yolla bitən narkotik vasitə aşkar olunaraq məhv edilib".

Azərbaycanda narkotik istifadəçilərinin sayına gəlincə Əli Həsənov bu rəqəmin artıdğını vurğulayıb: "Təəssüflər olsun ki, Azərbaycanda ötən il narkotik istifadəçilərinin sayı 2500 nəfər artaraq 26 minə yaxınlaşıb. Lakin bu konkret rəqəm deyil, yəqin ki, faktiki say bundan da çoxdur\"


İlkin Nəcəfov


Bütün xəbərlər Facebook səhifəmizdə