Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, iyunun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli
yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23 dərəcə
isti, gündüz 23-28 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz
suyunun temperaturu 22-23 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında İyunun 22-dəşimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Güclü qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB