Nəriman Qasımoğlu: “Din siyasətə alət olanda o ancaq fəsadlar törədir” - MÜSAHİBƏ (SƏS TV)
"Qurani-Kərim"i Azərbaycan dilinə tərcümə edən. ilahiyyatçı alim Nəriman Qasımoğlunun Səs TV-yə müsahibəsi
- Azərbaycanda dini tolerantlığın vəziyyətini necə dəyərləndirmək olar?
- "Dini tolerantlıq" sözünü mən Azərbaycan dilində bir növ başlıq seçərdim. Bu, nə bu günkü, nə də dünənki nailiyyətdir. Bu əsrlər boyu Azərbaycan xalqının keçdiyi tarixi yoldur. Yaratdığı milli, bədii irs, mədəni irs formalaşıb. Azərbaycan dindarlığının süzgəcindən gəlib keçib, elə bir tolerantlıq nümunəsi dünyaya sərgiləyir ki, Azərbaycan haqqında, dini qurum haqqında danışanda bu sözü rahat bir şəkildə ölkəmizə hətta xarici müşahidəçilərə də aid edə bilirlər. Azərbaycanın coğrafi məkanında, xalqımızın etnogenezində iştirak edən müxtəlif xalqlar, əsasən başlıca olaraq türklər bir sıra dinlərdən keçiblər. Zərdüşt dini, xristianlıq dini, göy tanrıçılığına inanc, hətta bir qismi - Xəzər türkləri var ki, yəhudi dininə sitayiş ediblər. Sonradan islam və islama sahib çıxan xalqımız ən müxtəlif dinləri özündə yaşatdığına görə, şüuraltı şəkildə onda başqa dinlərə çox normal, dözümlü bir tolerantlıq münasibət formalaşıb. Şübhəsiz ki, bu tolerantlıq məsələsi müəyyən tarixi dövrlərdə zədələnmələrə məruz qalan anlarda Azərbaycanın mütərəqqipərvər insanları o ruhda tərbiyyə etməyə çalışıblar ki, o nailiyyəti qoruyub saxlaya bilək. XX əsrin əvvələrində, Azərbaycan çar Rusiyasında müstəmləkə olanda mövhumatçılığın geniş yayıldığı bir zamanda təsadüf edir. O zamanlar tolerantlığa bir qədər zərbə hiss olunur. O zaman ortalığa kimlər çıxır Azırbaycanın milli demokratik maarifçi təbəqəsini təmsil edən böyük insanlar - Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, M.Ə.Rəsulzadə və s onların əsas qayəsi azərbaycanlıları dini mahiyyətinə qaytarmaq idi. Quranın tərcüməçisi kimi onu da vurğulamaq istəyirəm ki, quran islamında tolerantlıq çox böyük dəyər kimi təlqin olunur. Dində məcburiyyət yoxdur. Şübhəsiz ki, tolerantlığı qoruyub saxlayan dövlət qurumlarıdır və bu elə bir nailiyyətdir ki, biz bununla fəxr etməliyik.
- Din və dövlət münasibətlərini qənaətbəxş hesab etmək olarmı?
- Azərbaycan yeni dövlətdir. Istiqlaliyyətimizi ilk qazandığımız illərdə xeyli problemlər yaşandı. Azərbaycan düyaya açılandan sonra xarici dini dairələr var idi ki, Azərbaycana ayaq açdılar və arxalarınca özlərinə sosial baza yaratmaq üçün məqsədlər güddürlər. Müəyyən dini durumda problemlər yaratdılar və Azərbaycan bu neqativ halları müşahidə edə-edə dini duruma yol verməkdən ötrü 2001-ci ildə prezident Heydər Əliyevin fərmanı ilə Dini Qurumlar işi üzrə Dövlət Komitəsi yaradıldı. Artıq 10 ildir ki, kifayyət qədər dini durumda sağlam mühit yaratmaq yolunda bu komitə əlindən gələni etdi. Dövlət və din münasibətlərin tənzimlənməsində təbii ki, artan dinamika var, bu mənada əlbəttə ki, mən onu müsbət dəyərləndirirəm.
- Bəzi missioner təşkilatların Azərbaycanda az qala siyasi fəaliyyətlə məşğul olması və içtimai siyasi sabitliyə xələl gətirən mövqe sərgiləməsi narahatçılıq doğururmu?
- Bu elə bir sahəni əhatə edir ki, burda bir başa Azərbaycanın milli təhlükəsizlik maraqları müstəvisindən baxılmalıdır. Din siyasətə alət olanda o ancaq fəsadlar törədir. Biz bu fəsadları dünyanın digər coğrafi məkanlarında Əlcəzairdə, Sudanda, Pakistanda, Əfqanıstanda və digər ölkələrdə görürük. Din siyasətə alət olunan heç bir yerdə o rifaha, tərəqqiyə xalqın güzəranına xidmət etmir. Bu çox neqativ məsələdir. Bəzi xarici dini dairələr hesab etdilər ki, Azərbaycanda dini bir boşluq var. Xüsusən də Azərbaycanın əksəriyyətinin etiqad etdiyi müsəlman camaatı öz dinini bilmir, çünki sovet dövründə ateizim təbliği olub. Əvvəllər Azərbaycan da heç bir yeri olmayan qeyri-ənənəvi müxtəlif təriqətlər peyda oldu. Bu təriqətlərində arxasında şübhəsiz müəyyən siyasi maraqlar da dayanır. O maraqlar ki, mənsub olduqları ölkələrin xarici siyasətinə aid maraqlardır. Bu mənəda vətəndaş, cəmiyyət aktiv olmalıdır.
- Əhalinin 95 faizini müsəlman olan Azərbaycanda xarici missioner təşkilatların , dini təriqətlərin geniş şəbəkə quraraq fəaliyyət göstərməsi nə dərəcədə Azərbaycan qanunlarına və beynəlxalq münasibətlərə uyğundur?
- Hər bir dində təbliğ missiyası var. Dini mənsubiyyətindən asılı olmayaraq dindar insanın üzərində belə bir din borcu var ki, o mənsub olduğu dini təbliğ etsin. Bu mənada missionerlik fəaliyyəti dini baxımdan qanunu bir fəaliyyətdir. Yəni missionerlik nədir? O missiyanı çatdırmaq, təbliğ etmək missiyasıdır. "Qurani Kərim\"də də deyilir, sənə düşən bu informasiyanı çatdırmaq. Bu çatdırışla məşğul olan müəyyən təşkilatlar formalaşır. Şübhəsiz ki, bəzi siyasi dairələrdə bu şəbəkənin imkanlarından istifadə etməyə cəhd edirlər.
Quran məntiqinə əsaslanaraq demək istəyirəm ki, bizim dindarlığımızda da din mədəniyyəti hələ kifayət qədər yüksək deyil. Tolerantlıq şüuraltı kodlaşdırılmış bir dəyərdir. Biz dinimizin mahiyyətinə sahib çıxmalıyıq. Bütün bunların qarşısını almağın çox vacib bir yol dini maarif məsələsini böyük bir siyasətə çevirilməsidir. Dövlət bununla özü məşğul ola bilməz. Dövlət qurumları dini məsələlərə şərh vermir. Hər halda cəmiyyətimizin, ziyalılarımızın üzərinə böyük məsuliyyət düşür. Azərbaycanın dəyərlərini müdafiə edən dövlət qurumları var və o müqaviməti cəmiyyət olaraq biz özümüz formalaşdırmalıyıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB