TÜRKPA Baş katibinin başçılığı altında nümayəndə heyəti Astanaya səfər edəcək
27 iyun – 1 iyul tarixlərində TÜRKPA Baş katibi Ramil Həsənovun rəhbərliyi altında nümayəndə heyəti Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinə səfər edəcək. Səfər çərçivəsində TÜRKPA Baş Katibinin İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasında iştirakı nəzərdə tutulur.
56 ölkənin xarici işlər nazirlərinin iştirak edəcəyi sessiyada TURKPA Baş katibinin TÜRKPA-nın fəaliyyəti, həmçinin TÜRKPA-nın İKT, və İKT PA arasında əməkdaşlıq mövzusunda çıxışı planlaşdırılır.
TÜRKPA Baş Katibinin eyni zamanda Qazaxıstan Respublikası xarici işlər naziri Yerjan Kazıxanov və Türkiyə Respublikası xarici işlər naziri cənab Əhməd Davudoğlu ilə görüşü nəzərdə tutulur. Səfər proqramına Ramil Həsənovun TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Ural Muxamedjanovla görüşü də daxil edilib.
TÜRKPA-nın fəaliyyətdə olan sədri ilə görüşdə TÜRKPA-nın perspektiv planları, beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi və inkişafı, təşkilatın yeni qurulmuş komissiyalarının ilk toplantılarının keçirilməsi ilə bağlı müzakirələrin aparılacağı nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB