SAM 2011-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklərin təsirləri ilə bağlı təhlil hazırlayıb
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin iqtisadiyyatın təhlili və qloballaşma məsələləri üzrə ekspert qrupu "2011-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklərin makroiqtisadi sabitlik, iqtisadi inkişaf və sosial rifaha təsirləri" mövzusuna dair təhlil hazırlayıb. SİA-nın Strateji Araşdırmalar Mərkəzinin araşdırmalarına əsasən verdiyi məlumata görə, 2003-2010-cu illərdə dövlət büdcəsinin gəlirləri və müvafiq olaraq xərcləri əhəmiyyətli şəkildə artıb: "Təhlil aparılan dövrdə büdcə gəlirlərinin orta artım tempi 40,4%, xərclərinin isə 40,1% təşkil edib. Dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbəti 2003-cü ildə 17,1%, xərclərinin isə 17,3% təşkil etdiyi halda, 2010-cu ildə müvafiq olaraq bu nisbət 27,4% və 28,3%-ə bərabər olub, 2003-cü illə müqayisədə gəlirlər 9,3 dəfə, xərclər isə 9,5 dəfə artıb".
Təhlil həmçinin onu göstərib ki, 2003-2010-cu illərdə ayrı-ayrı xərc komponentləri üzrə götürdükdə ümumi dövlət xidmətləri xərcləri orta hesabla 31%, müdafiə 38,4%, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq 28,4%, təhsil 26,2%, səhiyyə 33,8%, sosial müdafiə və sosial təminat 26,4%, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid olmayan sahədə fəaliyyət 28,7%, mənzil və kommunal təsərrüfatı 35,1%, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq və ətraf mühitin mühafizəsi 32,7%, sənaye, tikinti və faydalı qazıntılar 2,2 dəfə, nəqliyyat və rabitə 10,2%, iqtisadi fəaliyyət 3,2 dəfə, əsas bölmələrə aid edilməyən xidmətlər üzrə 56,3% artıb: "Təhlil aparılan dövrdə büdcə kəsirinin ÜDM-ə nisbəti Avropa təcrübəsində müəyyən edilmiş 3%-lik normadan aşağı olub (maksimum 2010-cu ildə 0,9%), ümumən büdcə kəsiri inflyasiya yaratmayan mənbələr hesabına maliyyələşdirilib".
Eyni zmanda Azərbaycanın 2011-ci il dövlət büdcəsinə daxilolmaların həcminin ÜDM-ə nisbətinin təsdiq edilmiş göstərici ilə müqayisədə 4,7%, faktiki icra göstəricisinə nisbətən isə 7,3% çox olması ölkədə vergi potensialının artmasından xəbər verir. Təhlilə əsasən, büdcə gəlirlərinin həcminin proqnozlaşdırılan ÜDM-ə nisbəti 34,7%-ə bərabər olacaq. Büdcə gəlirlərinin artımının 770 mln. manatı vergi və gömrük daxilolmaları (o cümlədən, Vergilər Nazirliyi xətti ilə 740 mln. manat, Dövlət Gömrük Komitəsi xətti ilə 20 mln. manat), 2 723,2 mln. manatı isə Dövlət Neft Fondunun transferti hesabına təmin ediləcək: "Konkret olaraq maddələr üzrə təhlil apardıqda – fiziki şəxslərin gəlir vergisi üzrə ötən ilin faktiki icra göstəricisi ilə müqayisədə 20%, hüquqi şəxslərin mənfəət vergisi üzrə ötən ilin faktiki icra göstəricisi ilə müqayisədə 21% artım, ƏDV üzrə ötən ilin faktiki icra göstəricisi ilə müqayisədə 6,4% artım nəzərdə tutulur. Hər üç gəlir komponenti üzrə artım ölkə iqtisadiyyatının maliyyə potensialı, həmçinin əhalinin gəlirləri və müvafiq olaraq həyat səviyyəsinin yüksəlməsindən xəbər verir. Büdcəyə edilən dəyişikliklərin digər mühüm məqamı qeyri-neft sektoru üzrə artımın 110 mln. manat və ya 2011-ci ilin ilkin büdcə göstəricisi ilə müqayisədə 4% artımla proqnozlaşdırılmasıdır. Bunun nəticəsində qeyri-neft sektorundan büdcəyə daxilolmaların həcmi ilkin 2,740 mlrd. manatdan 2,850 mlrd. manata qədər artacaq".
Xərclərə gəldikdə isə, dövlət büdcəsi xərclərinin proqnozlaşdırılan ÜDM-ə nisbəti 35,4% (icmal büdcə üzrə 41,6%) təşkil edəcəyi proqnozlaşdırılır. Bu göstərici təsdiq olunmuş rəqəmlə müqayisədə 3,7%, ötən ilin faktiki icrası ilə müqayisədə 7,1% artacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB