Sosial məsələlərə dair təşəbbüslər istiqamətində maliyyələşən layihələrin icra vəziyyəti müzakirə edilib

Sosial məsələlərə dair təşəbbüslər istiqamətində maliyyələşən layihələrin icra vəziyyəti müzakirə edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə maliyyələşdirdiyi layihələrin icra vəziyyəti ilə bağlı müzakirələr keçirir.

SİA-nın xəbərinə görə, bu gün sosial məsələlərə dair təşəbbüslər istiqamətində maliyyələşdirilmiş layihələrin icra vəsiyyəti müzakirə edilib. Qeyd olunub ki, 2011-ci ildə Şura tərəfindən maliyyələşdirilmiş 54 QHT layihəsinə 326.599 manat vəsait ayrılıb. Bütövlükdə ölkənin 43 şəhər və rayonunu əhatə edən bu layihələrin icrasına 185 nəfər cəlb edilmiş və aralıq hesabat dövründə müəyyən işlər görülüb. 14 QHT kitab, buklet və broşur çap edərək layihə iştirakçıları və əhali arasında yayıb. 27 QHT layihədə nəzərdə tutulmuş sosial məsələlərlə bağlı maarifləndirmə tədbirləri həyata keçirib. 6 QHT müxtəlif peşə kursları və təlimləri təşkil edib. 1 QHT məlumat bankı yaratmış, 1 QHT ictimai debatlar təşkil etmiş, 4 QHT monitorinq, araşdırma işləri reallaşdırıb.

Müzakirələrin əvvəlində çıxış edən Şuranın icraçı direktoru Fərasət Qurbanov layihələrin icra vəziyyəti ilə bağlı bir sıra uğurlu cəhətləri vurğulamış, yerinə yetirilmiş bu layihələrin cəmiyyət üçün bilavasitə önəm daşıdığını nəzərə çatdırıb. F.Qurbanov, həmçinin, layihələrin icrası və hesabatların təqdim olunmasında baş vermiş nöqsanlar haqqında da danışıb. Nöqsanların aradan qaldırılması üçün layihə rəhbərlərinə təlimatlar verilib.

Tədbirdə sosial təşəbbüslərə dair məsələlər istiqamətində yerinə yetirilmiş layihələrin icrasına nəzarəti həyata keçirən Şura əməkdaşları G. Ələsgərova və M. Zahidov məlumatlarla çıxış ediblər.

Diskussiya şəraitində keçən müzakirələrdə QHT və layihə rəhbərləri Z.Rəhimova, Ə.Abbasbəyli, İ.Qafarov, N.Həsənov, F.Kərimli, V.Abdurəhmanov, N.Atabəyli, R.Becanov, Ş.Camalov, N.Yusifova, X.Əhmədzadə və başqaları çıxış edərək layihələrin icrası ilə bağlı öz fikirlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə