Yaponiyanın Azərbaycandakı səfiri Sabirabadda olub - FOTO

Yaponiyanın Azərbaycandakı səfiri Sabirabadda olub - FOTO

Bu gün Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe Milli Məclisin deputatı, "İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlının dəvəti ilə Sabirabad rayonuna səfər edib. Səfir ilk öncə Sabirabad rayon İcra Hakimiyyətinə gələrək rəsmilərlə görüşüb.

Səfir yerli radioya müsahibə verib, səfərinin məqsədi və rayonla bağlı təəssüratlarını bölüşüb.

Daha sonra Surra kəndinə gələn səfir 1975-ci ildə inşa edilən 300 şagirdlik orta məktəblə yaxından tanış olub və məktəb binasının əsaslı təmirinə köməklik edəcəyini bildirib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə