“Vətəni tanı” Ümumrespublika Kampaniyasının növbəti seçim turu Ağcabədi rayonunda keçirilib- FOTOSESSİYA

“Vətəni tanı” Ümumrespublika Kampaniyasının növbəti seçim turu Ağcabədi rayonunda keçirilib- FOTOSESSİYA

Gənclər Təşkilatları Milli Şurasının "Vətəni tanı" Ümumrespublika Kampaniyası Azərbaycanın inzibati ərazi vahidlərində seçim turlarını davam etdirir. Kampaniyanı həyata keçirən işçi qrupu bu dəfə Ağcabədi rayonunda olub. Rayonun 8 saylı orta məktəbində baş tutan seçim turundan öncə tədbir keçirilib.

İşçi qrupunun rəhbəri, Milli Şuranın mətbuat katibi Orxan Əli gənclərə kampaniyanın mahiyyəti barədə geniş məlumat verib. Ağcabədi rayon İcra hakimiyyətinin başçısının müavini, rayon təhsil şöbəsinin müdiri, təhsil şöbəsinin metodistləri, müəllimlər gənclərə bildiriblər ki, həyata keçirilən bu Kampaniya gənclərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün meydan olmaqla yanaşı onların inkişafına da təkan verir.

150-də çox Ağcabədilı gənc vətəni necə tanıdıqlarını nümayiş etdirdilər. İstər elektron, istərsə də keçməcəli xəritə gənclərdə maraq doğurub.

Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyalarınazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin "AVA" Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Bütün xəbərlər Facebook səhifəmizdə