Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kurslarına cəlb edilən dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon təşkilatlarının, nümayəndəli orqanların, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində səyyar məşğələ təşkil olunub. Baş Prokurorluğunun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Elm-Tədris Mərkəzinin əməkdaşlarının da cəlb olunduğu tədbiri giriş sözü ilə açan Mərkəzin rəisi Nazir Bayramov rəhbərlik etdiyi qurumun Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq edilmiş \"Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı\"na uyğun olaraq prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılmasına yardım etmək məqsədi ilə yaradıldığını vurğulayaraq, onun strukturu, statusu, fəaliyyət istiqamətləri və prinsipləri barədə məlumat verib.
Dinləyicilərə mərkəzin kafedra, laboratoriya və digər qurumlarının fəaliyyəti, o cümlədən, elmi-praktiki araşdırmalar, metodiki işlər, tətbiq olunan müasir texnologiyalar barədə məlumatlar çatdırılıb və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Qonaqlara mərkəzin əməkdaşları tərəfindən hazırlanaraq, tətbiq olunan \"İmtahan\", \"Xüsusi məlumat\" və digər informasiya proqramları, eyni zamanda texnoloji, metodiki məhsullar və müvafiq ədəbiyyatlar nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB