ƏƏSM-nın sektor müdiri: “İldən ilə Azərbaycanda əməkçi miqrantların sayı artır”
Hazırda dünyada miqrasiyanın coğrafiyası genişlənir. Azərbaycanda bu miqrasiya prosesinin tərkib hissəsinə çevrilib. SİA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək miqrasiyası sektorunun müdiri Fuad Cabbarov deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan potensial işçi qüüvəsinə malik ölkədir: "İldən ilə Azərbaycanda əməkçi miqrantların sayı artır. Kənardan əlavə əməkçi miqrantlara ehtiyacı olmasa da onların Azərbaycana gəlməsinə səbəb ölkədə irimiqyaslı layihələrin həyata keçirilməsidir".
ƏƏSM-nın sektor müdiri bildirib ki, Azərbaycana gələn əməkçi miqrantalara daxili əmək bazarını qorumaq şərti ilə əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazələr verilir.
Qeyd edək ki, bu gün Azərbaycanda 450 minə yaxın miqrant var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB