Abbasağa Məmmədov: ”Kənd və qəsəbələrdə geniş şəraitin yaradılması sosial iqtisadi vəziyyətin inkişafına səbəb olur”
Bakı Dirçəliş İçtimai Birliyinin sədri Abbasağa Məmmədov və ekspet qonağımız Fuad Qocayevin SƏS TV-yə müsahibəsi
- Prezident İlham Əliyev 2011-2013-cü illər Bakı ətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafının yaxşılaşdırılması ilə bağlı sərəncam imzalayıb. Kənd və qəsəbələrin abadlaşdırılmasında insanların yaşayış strukturunun yaxşılaşdırılmasında bu sərəncam hansı rolu oynayır?
Abbasağa Məmmədov: - Bizim təşkilat - Bakı Dirçəliş İçtimai Birliyi 2003-cü ildə təsis olunub. 2004-cü ilin əvvəllərində artıq dövlət qeydiyyatına alınıb. Bu fəaliyyətimizlə bütün Bakı kəndlərində sosial iqtisadi vəziyyətin hüquqi müstəvidə və tarixi abidələrimizin qorunub saxlanması sahəsində bir çox işlər görmüşük. Bizm təşkilat Bakı və Bakıətrafı kəndlər və qəsəbələrin təmsilçi bir təşkilatıdır.
Bütün Bakı kəndlərində bizim təşkilatın özəyi var. Ölkə başçımızın bu cür sərəncamı Bakı kəndlərinə, qəsəbələrinə geniş şəraitin yaradılması insanların sosial-iqtisadi vəziyyətinin inkişafına gətirib çıxarıb. Bu diqqətə görə prezidentimizə çox minnətdarıq . Artıq bir neçə müddətdir ki, Bakıətarfı kəndlər və qəsəbələrin abadlaşdırılması üzrə işlər gedir, bu il isə bu işlərin gedişi daha geniş vüsət alıb. Bilirik ki, Bakı kəndlərində həm yolların həm iş yerlərinin olmaması əhali arasında narazılıqlara gətirib çıxarır. Bu gün bir sıra kənd və qəsəbələr də abadlıq işləri aparılamsı ilə bağlı təmir olunan yolların açılışında prezidentimiz özü şəxsən iştirak edir.
Fuad Qocayev: - Bu sərəncam imzalandıqdan sonra müəyyən işlər sürətlə görülməyə başlıadı. Bakıətrafı kənd və qəsəbələrin infrastruktur layihələrinin həyata keçirilməsində bir inkişafı görünür. Nəzərə alsaq ki, Bakı 20 il bundan öncə həm əhalisinin sayına, həm iqtisadi inkişafına görə, öncüllər sırasında idi. Bu gün Azərbaycanın qarşısında duran perspektiv məsələləri nəzərə alsaq görərik ki, bütün yük Bakının üzərinə düşür. Bu sərəncamı yüksək qiymətləndirmək lazımdır. Sərəncamda müvafiq qurumlara o cümlədən Nazirlər Kabinetinə tapşırıqlar verilib. Hansı layihələr işlənəcək və nə qədər maliyyə aparacağı nəzərə alınıb. Bu məsələdə yerli icra strukturlarının, orqanların, yaxud da digər təşkilatların aktiv işləməsi vacibdir. Bakının ənənəvi məşğuliyyəti əsasən meyvə, tərəvəz istehsalı, balıqçılıq, ət və digər məhsulların istehsalı olub. Bu gün artıq 21-ci əsrdir, infrastruktur inkişaf edir, bu gün tələblər başqadır. Həm məhsulun keyfiyyətinə, həm də məhsulun bazara hansı üsulla çıxarılması ilə bağlı məsələlər var.
- Bakı ətrafı kənd və qəsəbələrdə yeni iş yerlərinin açılması ilə bağlı vəziyyət necədir?
Fuad Qocayev: - Əhalisinin sayına görə bu gün Bakının statusu dəyişib. Bakı insanları konservativ düşüncəlidir, mental düşüncəlidir. Bu gün onların yeni iş yerlərinə alışması bir az vaxt tələb edəcək. Məsələn istixananı saxlamaq üçün qazdan istifadə edir. Yerli məmurların bu məsələyə vicdanla yanaşması lazımdır. Bu gün inkişaf var və bu hansı mərhələ də gedir. Ardıcıl olaraq hər bir qurumun üzərinə yük düşür. Həm içtimai nəzarət, həm televiziya, həm mətbuat bu problemlərlə bağlı kəndləri gəzməli, vətəndaşlarla görüşməli, problemlərlə bağlı söhbətlər aparmalıdır. Bu məsələnin həllini yerli icra strukturları, dövlət orqanları tezləşdirməlidirlər.
Abbasağa Məmmədov: Bakı kəndləri o vaxtdan kənd təsərrüfatı ilə məşhur olub. Bakı kəndlərində torpaqların inzibati əraziləri var. Əhaliyə düzgün, obyektiv şəkildə paylanması dövlət tərəfindən əhalinin himayə etməkdir. Bunun artıq hüquqi bazası var, müstəvisi var. Prezident göstəriş verib, sadəcə olaraq yerlərdə düzgün icarsı ən əsas məsələlərdən biridir.
- Bakı ətrafı kənd və qəsəbələrdə bizim çoxlu tarixi abidələrimiz var. Mehrban xanım Əliyevanın bu abidələrin bərpası ilə bağlı əlindən gələni edir. Bu barədə nə deyə bilərsiniz?
Abbasağa Məmmədov: - Mehriban xanımın bu bir neçə ildə göstərdiyi fəaliyyətində bu gün demək olar ki, həm mədəniyyət sahəsində, həm də başqa sahələrdə - iqtisadiyyat, təhsil və başqa sahələrdə bir çox işlər görülüb. Azərbaycanın kənd və qəsəbələrində məktəblərin tikilməsində, bərpası və yeni-yeni texnologiyaların gətirilməsində çox böyük əməyi var. Bakı kəndlərində səhiyyə sahəsi çox pis vəziyyətdə idi. Mehriban xanım bunların 90 faizini bərpa edib. Tarixi abidələrə gəldikdə isə, bu Azərbaycanın ən yaralı yeridir. Çünki, tarixi abidələrimiz bizim həm keçmişimiz, həm də gələcəyimizdir. Tarixi abidələrimizə nə qədər diqqətlə yanaşsaq biz gələcəyə nəsə qoya bilərik. İçərişəhərin YUNESKO-nun mədəni irsi siyahısına salınması böyük uğurdur. Bu sahədə ümumiyyətlə, geniş işlər görülüb. Amma çatışmazlıq da var, belə ki, tarixi abidələr olan binalarda xarici dövlətlərin nümayəndəlikləri, səfirlikləri olması qeyri-qanunidir. Heç bir dövlətdə belə bir şey yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB