“Akkord” Gürcüstanda təbii fəlakət zonasında xilasetmə işlərinə qoşulub
İyunun 19-da Gürcüstanda baş vermiş güclü leysan yağışları Tbilisi-Batumi yolu üzərindəki Rikotsk aşırımında sürüşməyə səbəb olub. Nəticədə 4 sakin həlak olub.
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin İctimaiyyətlə Əlaqələr və Reklam Departamentindən SİA-ya verilən xəbərə görə, yaranmış daşqın nəticəsində körpülər zədələnib, ətraf ərazilərdəki yaşayış binaları sel sularının altında qalıb, ağaclar kökündən çıxıb, Gürcüstanın şərq və qərb əyalətləri arasında nəqliyyat əlaqəsi pozulub. Hadisə yerinə yol və xilasetmə xidmətinin əməkdaşları cəlb edilib.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılması və xilasetmə işlərinə Gürcüstanda yol-tikinti layihələrində çalışan "Akkord Gürcüstan" da qoşulub. "Akkord" öz texnika və avtomaşınlarını müvafiq mütəxəssislərlə birlikdə yardım üçün səlahiyyətli qurumların sərəncamına verib. Hazırda sürüşmə ərazisində xilasetmə-bərpa işləri davam edir.
Gürcüstanın baş naziri Nika Qilauri, regionların inkişafı və infrastruktur naziri Ramaz Nikolaişvili, Şida Kartli regionunun qubernatoru Zurab Arsoşvili də fəlakət zonasına gəliblər. Onlar xilasetmə işlərinə qoşulan "Akkord Gürcüstan"ın nümayəndələri ilə görüşüblər. Və fövqəladə vəziyyətlə bağlı infrastruktur layihəsini dayandırıb, xilasetmə işlərinə qoşulan "Akkord" rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB