Gəncə şəhərində yeni bir qalanın inşasına başlanılıb. Bakı-Gəncə magistral yolunun 358-ci kilometrliyində tikiləcək qalanın artıq bənd tökmə işləri yekunlaşmaq üzrədir. Gəncə şəhər İcra Hakimiyyətindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, simvolik tikili üçün təxminən 1 ha dan artıq ərazi ayrılıb.
Abidə yolun sağ və sol hissələrində inşa olunacaq. Tikilinin uzunluğu 50, eni 8, bünövrədən hündürlüyü isə 20 metr təşkil edəcək. Abidə kompleksində 2 qala başlığı, 1 qapı və 4 iri pəncərələr olacaq. Qədimliyini əks etdirmək üçün qalanın üz fasadı daşlar və kərpiclərlə bəzədiləcək. Abidənin yeni ilə kimi yekunlaşması nəzərdə tutulur.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB