Firudun Qurbansoy: “Toy və yas məclislərində süfrənin bol olması xalqımızın yüksək mədəniyyətindən xəbər verir” - MÜSAHİBƏ (SƏS TV)
Milli mənəvi dəyərlərimiz və adət ənənələrin qorunması mövzusunda filologiya üzrə fəlsəfə doktoru Firudun Qurbansoyun SƏS TV-yə müsahibəsi:
- Bu gün Azərbaycanda adət ənənələrimizə uyğun olmayan toy və yas mərasimləri təşkil edilir. Dinimizdə də israfçılıq haram kimi qəbul edilir. Sizin bu məsələyə münasibətiniz necədir?
- Zaman keçdikcə adət ənənələrdə dəyişiklərin olması labüddür. Çünki hər zaman öz özünün adət ənənələrini tələb edir. Ancaq əsl millət odur ki, nə qədər qloballaşdırma siyasəti getsə də öz milli və mənəviliyini qoruyub saxlaya bilsin. Təbii ki, adət ənənələr millətin milli dəyərləridir. Adəti bildikdən sonra millət haqqında rəy bildirmək mümkündür. İsrafçılığa gəlincə isə alim Kemfes XVII əsrdə Şamaxıda olub və 284 yeməyin adını çəkib. Bütün Avropa xalqları bu məlumatı oxuyanda düşünürdülər ki, süfrədə bu qədər nemətin olması nə dərəcədə mümkündür? Sizcə bu israfçılıqdır? Hesab edirəm ki, bu heç də israfçılıq deyil. Bu hal sadəcə süfrə mədəniyyətinin yüksək olmasından xəbər verir. Azərbaycan toylarında və yas mərasimlərində israfçılığın olduğunu düşünmürəm. Yenə də deyirəm ki, bu sadəcə xalqın süfrə mədəniyyətidir. Baxmayaraq ki, süfrəyə cürbəcür kolbasaların və donuz məhsullarının qoyulması ədəbdən kənar hərəkətdir. Çünki donuz ətinə milli dəyərlərimizdə natəmiz heyvan kimi baxılır. Xalqın adət ənənələrində dəyişiklik etmək istəyən məmurların işinin əleyhinəyəm.
- Milli mənəvi dəyərlərə dəyişiklik etmək nə dərəcədə düzgündür?
- Bu hal heç də düzgün deyil. Milli dəyərlər bir iki ilin məhsulu deyil ki, onu bir anın içində dəyişə biləsən.
- Milli mənəvi dəyərlərimizi xarici ölkələrdə yetərincə təbliğ edə bilirik?
- Bizi dünyanın bir çox yerlərində sıravi insanlar tanımır. Təbii ki siyasətçilər və alimlər tanıyır. Xarici ölkələrdə bizi ən azından neftimizə görə tanıyırlar. Azərbaycanın dünya miqyasına çatdıra biləcək məhsullarımız var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB