Mətbuat Şurasında “Uembli arayışı” kitabının təqdimatı keçiriləcək

Mətbuat Şurasında “Uembli arayışı” kitabının təqdimatı keçiriləcək

Sabah Mətbuat Şurasında jurnalist Məzahir Əhmədoğlunun yenicə çapdan çıxmış "Uembli arayışı" kitabının təqdimatı keçiriləcək. Kitabda müəllifin son illər yazdığı köşə yazıları, bədii-publisistik məqalələri toplanıb. Şuradan SİA-ya verilən xəbərə görə, nəşrdəki yazılar "Mətbuat və cəmiyyət", "Publisistika-məqalələr və köşələr" adı altında toplanıb.

Qeyd edək ki, "Uembli arayışı" kitabının ön söz müəllifi Azərbaycan Respublikası Milli Məclisinin deputatı, MŞ İdarə Heyətinin üzvü Aqil Abbasdır.

Bütün xəbərlər Facebook səhifəmizdə