\"Beynəlxalq aləm o vaxt ayılacaq ki, ermənilər Fransada və ABŞ-ın Kaliforniya ştatında ərazi iddilaları ilə çıxış edəcəklər\"
Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, beynəlxalq təşkilatların nümayəndələri, səfirlər, hökumət və QHT nümayəndələri və başqaları iştirak ediblər.
Tədbirdən öncə Akademiyada quraşdırılmış foto sərgi, həmçinin Azərbaycanda məskunlaşan əfqan, çeçen və İran qaçqın qadınları tərəfindən hazırlanan əl işlərinin sərgisinə baxış keçirilib.
Daha sonra tədbiri giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının rektor əvəzi Əlikram Abdullayev bu tarix barədə ətraflı məlumat verib.
Çıxışı zamanı baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib ki, bu gün dünyada 49 mln. yaşayış yerini itirmiş insan var və onlardan 26 mln məcburi köçkün, 10 mln qaçqın, 12 mln-u vətəndaşlığı olmayanlardır. O təssüflə vurğulayıb ki, Azərbaycanda hələ də qaçqın və məcburi köçkün problemi mövcuddur: "Bu vaxta kimi qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün 45 milyard dollar vəsait sərf olunub. Bunun 2,6 milyardı dövlət büdcəsinin, 1 milyardı Neft Fondunun, 900 mini isə beynəlxalq təşkilatların layihələri nəticəsində əldə olunan vəsaitin payına düşür. Bu gün Azərbaycanda 1 milyona yaxın qaçqın var.. 20 ildir ki, beynəlxalq təşkilatlar bu məsələ ilə məşğuldurlar, amma heç bir irəliləyiş yoxdur. Bunun səbəbi işğalçı Ermənistan rəhbərliyinin qeyri- konstruktiv mövqeyi, və beynəlxalq təşkilatların buna göz yummasıdır. Ermənistan Azərbaycana qarşı ərazi iddiasını bu gün həmçinin Gürcüstanda və Türkiyədə də, Rusiya Krasnodar əyalətində də təkrarlayır. Beynəlxala aləm o vaxt ayılacaq ki, ermənilər Fransada və ABŞ-ın Kaliforniya ştatında ərazi iddiaları ilə çıxış edəcəklər.
Ə.Həsənov vurğulayıb ki, Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün bütün işlər görülür, lakin beynəlxalq donor təşkilatları Azərbaycanda yaşayan qaçqın və məcburi köçkünlərə öz yardımlarını əsirgəməməlidirlər.
Toplantının davamında da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəsinin səlahiyyətlərini icra edən Con Makkissik komissar Antonio Quterreşin Ümumdünya Qaçqınlar Günü münasibəti ilə ünvanlanmış məktub səsləndirilib. Məktubda Ali komissar qeyd edib ki, son 20 ildə Azərbaycanda qaçqınların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən böyük işlər görülüb və onlara yüksək diqqət və qayğı göstərilir.
Tədbir qaçqın və məcburi köçkün uşaqlarının çıxışları ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB