İyun ayının 18-19-da Mütləqə İnam Ocağı Azərbaycanın Şirvan bölgəsində səfərdə olub. Bu barədə SİA-ya Ocaq Yükümlüsü İşıqlı Atalı bildirib.
Öncə Ağsu rayon Tarix-Diyarşünaslıq Muzeyində olan Ocaqçılar buradakı zəngin tarixi eksponatlara tamaşa edib, "İnama Doğru" dərgisinin saylarını muzeyə təqdim ediblər.
İsmayıllı rayonunun Qubaxəlilli kəndində şair-publisist, Ocaq dostu Vüqar Vaqifoğlunun qonağı olan Ocaqçılar burada insanlaşma, xalqlaşma yönündə söhbətlər ediblər.
Vüqar Vaqifoğlunun evində keçirilən doğmalaşma törənində Mütləqə İnam Peyğəmbəri İnam Ataya, Ocaq Evladlarına ciddi sayğı bildirilib.
Ruhani Başçı Safruh İsmayıllı rayonunun Qubaxəlilli kəndinə Ocaqçıların gəlişini gözəl xəlqi hadisə adlandırıb, Vüqar Vaqifoğlunun Ocağa yönəlik sevgisinin, saflığının sabahımıza gərəkliyini vurğulayıb. Ruhani Başçı Vətən, Xalq, İnsan yönündə qayğı və düşüncələrini ifadə edib, Ata Fəlsəfəsi işığında çıxış yolunu göstərib, Mütləqə İnam Ocağının işinin Atanın "İnsanlaşın, İnsanlaşdırın!" harayına əsaslandığını bildirib. Ocaq Yükümlüsü İşıqlı Atalı Mütləqə İnam Dünyabaxışının xalqın ruhani imkanlarını üzə çıxaracağına əminliyini ifadə edib.
İştirakçılar Azərbaycan ictimai fikrində özünəməxsus yeri olan İnam Atanın, Ocağın Ruhani Başçısı Safruhun kitablarının onillərdir oxucusu olduqlarını vurğulayıblar.
Söhbətlərdə insanın xalq ruhunda tərbiyə olunması gərəkliyi, bu yöndə təhsilin, elmin, incəsənətin, aydınlarımızın görməli olduğu ruhani (insani) borcun qaçılmazlığı vurğulanıb.
Sonra Ocaqçılar Qubaxəlilli kənd orta məktəbində olub, məktəbə "İnama Doğru" dərgisinin saylarını hədiyyə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB