Samux Suvarma Sistemləri İdarəsi gücləndirilmiş iş rejiminə keçib

Samux Suvarma Sistemləri İdarəsi gücləndirilmiş iş rejiminə keçib

Samux rayonunda əkin sahələrinin suvarılması məqsədi ilə əlavə tədbirlər görülür. Əsas məqsəd əhalinin əkin sahələrini vaxtında su ilə təmin etməkdir. Samux rayon Suvarma Sistemləri İdarəsinin rəisi Gülağa Bağırovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, indiki halda əkin sahələrinin əksəriyyəti dağ çayları ilə suvarılır. Ən çətin vəziyyət avqust ayında qeydə alınır. Çay sularının quruması ilə yaşana biləcək problemlərin tez bir zamanda aradan qaldırılması üçün subartezian quyuları və su nasoslarından istifadə olunur. Hazırda rayonda 472 ədəd subartezian quyusu və 22 ədəd nasos stansiyası yaradılıb.

Bu gün Samux rayonu Gəncə ətrafı digər rayonlarla müqayisədə ən böyük aqrar rayon hesab olunur. Burada təxminən 22 min 800 ha ərazidə kənd təsərrüfatı məhsulları əkilib. Təkcə sözügedən torpaq sahələrinin suvarılması məqsədi ilə təxminən 40 mln kv. saat enerji istifadə olunur.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə