Mətbuat Şurası Avropa Şurasının ölkəmizdəki nümayəndəliyi ilə birgə layihəyə start verdi

Mətbuat Şurası Avropa Şurasının ölkəmizdəki nümayəndəliyi ilə birgə layihəyə start verdi

Azərbaycan Mətbuat Şurası Avropa Şurasının ölkəmizdəki nümayəndəliyi ilə mətbuat xidmətlərinin informasiya əldə edilməsindəki roluna dair birgə layihəyə start verib. Qurumdan SİA-ya verilən xəbərə görə, layihə çərçivəsində Quba və Tərtər rayonlarında mətbuat xidmətlərinin təmsilçiləri üçün iki günlük treninq-məşğələlərin təşkili nəzərdə tutulur. Tədbirlərdə sözügedən rayonlarla yanaşı, ətraf bölgələrin yerli hakimiyyət orqanlarının, həmçinin mərkəzi hakimiyyət orqanlarının mətbuat xidmətləri təmsilçilərinin iştirakı nəzərdə tutulur. İlk treninqin iyul ayının 8-9-da, digərinin isə həmin ayın sonunda təşkili planlaşdırılır. Təlimlərin aparılması üçün Avropadan 2 tanınmış ekspert də layihəyə cəlb edilib.

Qeyd edək ki, Mətbuat Şurasının Avropa Şurasının ölkəmizdəki nümayəndəliyi ilə birgə layihəsindən məqsəd mətbuat xidməti institutunun ümumilikdə ictimaiyyətlə əlaqələr sektorunda oynadığı rolun kompleks təhlilini aparmaqdan, informasiya-kommunikasiya texnologiyalarının ən yeni metodlarının tətbiqində bu qurumların rolu və mövqeyinin artırılması xüsusiyyətlərini müəyyənləşdirməkdən, mövcud istiqamətdəki problemlərin aradan qaldırılmasına effektiv təsir göstərməkdən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə