Atraksionlardan pulsuz istifadə etmək istəyənlərin sayı azalıb

Atraksionlardan pulsuz istifadə etmək istəyənlərin sayı azalıb

Xəbər verdiyimiz kimi, bu gün saat 09:00-dan başlayaraq Dənizkənarı Milli Parkda bütün atraksion və karusellər pulsuz olaraq 15 yaşına qədər uşaqların ixtiyarına verilib. Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov SİA-ya açıqlamasında bildirib ki, ilk belə aksiya 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə təşkil olunub və bundan sonra Bulvar İdarəsinə müxtəlif müraciətlər daxil olub ki, bu tarix yalnız ildə 1 gün yox, hər ayda 1 dəfə keçirilsin: \"Belə insanların kütləvi müraciətlərini, arzularını nəzərə alaraq ayda bir dəfə bu aksiyanı keçirməyi nəzərdə tuturuq. İyunun 1-dən qısa zaman keçməsinə baxmayaraq yay fəslini, uşaqların tətildə olduqlarını nəzərə alaraq, bunu keçirməyi düşündük\".

"Ötən dəfə yol verdiyimiz nöqsanlar bu gün bir daha baş vermədi və daha təkmil formada bu aksiyalar təşkil olunub. Gələcəkdə də ayda bir dəfə bu tədbirləri təkrar edəcəyik. Bu gün təşkil olunan aksiyada insanların sayında azalma müşahidə olunub. Ola bilsin ki, ötən dəfə iyunun 1-də uşaqların beynəlxalq müdafiəsi günü olub və hər bir valideyn övladına bayram hədiyyəsi edib. Biz düşünürük ki, bu aksiyalar ayda bir dəfə olmaqla davam etdiriləcək. Amma hər dəfə insanların sayında azalmanın olacağı qənaətindəyik, çünki valideynlər hər dəfə bu pulsuz aksiyalardan iştirak etməyəcək, ötən dəfə gedən növbəti dəfə getməyəcək və s", - deyə o əlavə edib.

Belə tədbirlərin ayda bir dəqiq bir vaxtda keçirilməsinə gəlincə, N.Məcidov bununla əlaqədar əvvəldən dəqiq bir söz deyə bilmədiklərini deyib. Onun sözlərinə görə, Dənizkarı Milli Park dövlət ərazisidir və burada müxtəlif hökumət tədbirləri keçirilir: "Biz də elə biz zaman və vaxt seçməliyik ki, insanlar üçün rahat olsun. Ona görə də ay ərzində dəqiq gün müəyyən etmək çətindir, amma təşkil olunacaq aksiyadan 4-5 gün qabaq bu barədə ictimaiyyətə məlumat veririk".

Bütün xəbərlər Facebook səhifəmizdə