“Vətəni tanı” Ümumrespublika Kampaniyasının növbəti seçim turu İsmayıllıda keçirilib- FOTOSESSİYA

“Vətəni tanı” Ümumrespublika Kampaniyasının növbəti seçim turu İsmayıllıda keçirilib- FOTOSESSİYA

"Vətəni tanı" Ümumrespublika Kampaniyası bu dəfə İsmayıllı gəncləri arasında keçirilib. İsmayıllı şəhər 2 saylı məktəbdə baş tutan kampaniyanın açılış mərasimində İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon təhsil, Gənclər və İdman idarələrinin əməkdaşları iştirak ediblər.


Milli Şuranın İdarə heyətinin üzvü Heydər Atayevin rəhbərlik etdiyi işçi qrupu kampaniyanı həyata keçiriblər. 150 məktəblinin iştirakı ilə keçirilən Kampaniyada iki istiqamət üzrə Azərbaycanın inzibati ərazi vahidləri tanındı. Həm www.miras.az saytında həm də öncədən hazırlanmış puzzle formasında Azərbaycan xəritəsi gənclər tərəfindən toplanılıb.


Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin, "AVA" Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Bütün xəbərlər Facebook səhifəmizdə