Bolqarıstanda “Effektiv üzvlük və Avropa İttifaqına müvəffəqiyyətli hazırlıq” mövzusunda XX ənənəvi seminar keçiriləcək

Bolqarıstanda “Effektiv üzvlük və Avropa İttifaqına müvəffəqiyyətli hazırlıq” mövzusunda XX ənənəvi seminar keçiriləcək

İyun ayının 20-dən 25-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) eksperti Zaur Şiriyev "Avropa İttifaqının Qara dəniz regionuna istiqamətlənmiş siyasətində problem və perspektivlər" başlığı altındakı müzakirələrdə Azərbaycanın bu sahədəki mövqeyi və gözləntiləri barədə çıxış edəcək.

SAM-dan SİA-ya verilən xəbərə görə, Bolqarıstanın İqtisadi Siyasət İnstitutu, Xarici İşlər Nazirliyi, Hans Seidel Stiftunq və Marşal Fondlarının təşkil etdiyi Şərqi Avropa və Qara dəniz regionunun gənc dövlət qulluqçularının "Effektiv üzvlük və Avropa İttifaqına müvəffəqiyyətli hazırlıq" mövzusunda XX ənənəvi seminarda Şərqi Avropa və Qara dəniz regionu dövlətlərindən siyasətşünaslıq və beynəlxalq əlaqələr üzrə ekspertlər və dövlət rəsmiləri iştirak edəcək.

Tədbirdə Avropa İttifaqında üzvlük prosesi, Aİ-nın Qara dəniz regionuna istiqamətlənmiş siyasəti region ölkələri üçün nə vəd etdiyini, Aİ-Rusiya əlaqələri, həmçinin "Avropa İttifaqının 2020-ci il strategiyası"nın problem və perspektivləri müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə