Şimali Kipr Türk Cumhuriyyəti Azərbaycanla turizm əlaqələrini genişləndirir
Əcnəbilərin istirahət üçün getdikcə daha çox üstünlük verdikləri Şimali Kipr Türk Cumhuriyyəti (ŞKTC) Azərbaycanla turizm əlaqələrini genişləndirir.
SİA-nın türk mətbuatına istinadən
verdiyi məlumata görə, ŞKTC-nin turizm sahəsində əməkdaşlığı genişləndirmək
istədiyi ölkələr sırasında Azərbaycan xüsusi yet tutur.
Bu mövzuda açıqlama verən ŞKTC-nin turizm və mədəniyyət naziri Ünal Üstal bu istiqamətdə işbirliyini
dərinləşdiyini təsdiqləyən bilgilər verib.
Ü.Üstal Azərbaycanda təşkil olunan turizm sərgisində iştirak etdiyini və bu çərçivədə
bəzi anlaşmalar əldə olunduğunu deyib.
Kiprli nazirin sözlərinə görə, bu il iyunun 26-da Azərbaycandan ŞKTC-yə ilk
çarter reysi həyata keçiriləcək: "Bundan sonra həftədə iki dəfə çarter reysi
təşkil olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB