Qubada yeni televiziya qülləsi tikilir

Qubada yeni televiziya qülləsi tikilir

Respublikanın şimal bölgəsini rəqəmli televiziya ilə təmin etmək üçün Quba rayonunda 73 metr hündürlüyündə yeni televiziya qülləsi tikilir.

SİA-nın məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib.

Məlumata görə, bölgədə rəqəmli yayımı ilin üçüncü rübündə təmin etmək mümkün olacaq. Gələn ilin sonunadək bütün respublika ərazisi rəqəmli televiziyanın əhatə dairəsinə qatılacaq.

Hazırda rəqəmli televiziya yayımı Bakı və Abşeron yarımadası ilə yanaşı, Gəncə, Şirvan və Leriki əhatə edir. Yeniliyin tətbiqi ilə vətəndaşların avtomobillərində də televiziya kanallarına baxması mümkün olacaq.


Qeyd edək ki, ölkədə analoq efir yayımından rəqəmsal yayıma keçid 2009-cu ildən, Bakıda isə bu istiqamətdə sınaq işlərinə 2004-cü ildən başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə