Bakıda 31 dərəcə isti gözlənilir

Bakıda 31 dərəcə isti gözlənilir

Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosundan verilən məlumata görə, iyunun 20-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.

Havanın temperaturu gecə 18-23, gündüz 26-31 dərəcə isti təşkil edəcək.

Bakıda gecə 21-23 isti, gündüz 29-31 isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı, 757 millimetr civə sütunundan 753 millimetr civə sütununa enəcək.

Nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə