Hacıqabulun daha bir kəndinə təbii qaz verilib

Hacıqabulun daha bir kəndinə təbii qaz verilib

Hacıqabul rayonunda kəndlərin təbii qazla təmin olunması prosesi sürətlə davam etdirilir. SİA-nın Aran bürosunun məlumatına görə, bu gün rayonun Qubalıbaloğlan kəndinə təbii qaz verilib. Bu məqsədlə təşkil olunan tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin rəsmiləri və rayon rəhbərliyi iştirak ediblər.

Ümumilikdə kənd ərazisində 452 mənzilə smartkart tipli sayğaclar quraşdırılıb. Əvvəlkilərdən fərqli olaraq qaz xətləri yerin altı ilə çəkilib. Ümumilikdə kənd ərazisinə 5291 poqnometr müxtəlif diametrli plastik borular çəkilib. Boruların yerin altı ilə çəkilməsinə gəldikdə isə, bu həm uzun ömürlü, həm də qazdan oğurlanma kimi neqativ halların qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə olaraq 452 ədəd qaz tənzimləyici qurğu və 27 ədəd siyirtmə quraşdırılıb. Bu gündən etibarən kəndə təbii qaz verilib. Bundan sonra da rayonun digər kəndlərinin təbii qazla təmin olunası prosesi davam edəcək.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə