Region gəncləri arasında QHT institutunun formalaşması məqsədilə yeni layihənin icrasına başlanıb-YENİLİK
"Gəncliyin Səsi" Maarifləndirmə İctimai Birliyi "Region gəncləri arasında QHT institutunun formalaşması və inkişafına yardım etməklə demokratikləşmə prosesinə tövhə verilməsi" adlı layihə icra edir. İctimai Birliyin sədri Babək Qarayevin SİA-ya verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihənin artıq ikinci dövrü başa çatmaq üzrədir. Onun sözlərinə görə, layihənin məqsədi regionlarda gənclər arasında QHT institunun yaranması, inkişafı prosesinə, regionlarda "üçüncü sektorun" gələcəkdə möhkəmlənməsi üçün əlverişli şəraitin yaradılmasına, bu sahədə müsbət təcrübənin öyrənilməsi və yayılmasına yardım etmək, beləliklə regionlarda demokratikləşmə prosesinin irəliləməsinə töhfə verməkdir. Layihənin Bərdə, Beyləqan, Balakən regionlarında həyata keçirildiyini deyən B.Qarayev buradan müəyyən nəticələr gözlədiklərini bildirib.
"Düşünürük ki, bu layihənin fəaliyyəti vətəndaşların informasiya əldə edə bilmək və ictimai işlərdə iştirak etmək imkanlarının genişlənməsinə, demokratik vətəndaşlığın və könüllülük fəaliyyətinin inkişafına, qeyri-formal təhsilin imkanlarının tərəqqisinə şərait yaradacaq. Gənclər təmsilçilərinin informasiya əldə edə bilmələrini təmin etmək, həmçinin onların "vətəndaşlıq savadı"nı və sosial-ictimai həyatda iştirak səviyyəsini artırmaq məqsədi daşıyan layihə çərçivəsində gənclərin ictimai həyata passiv münasibətinin dəyişdirilməsi məqsədi ilə aktiv informasiya kampaniyaları keçiriləcək, hər bir vətəndaşın iştirakının vacibliyi izah olunacaq. Layihə bu sahədə gənclərin təşəbbüslərinin artmasına səbəb olacaq. İnformasiya və maarifləndirici xarakterli tədbirlərin həyata keçirilməsi nəticəsində bütövlükdə ictimai təşkilatların və üçüncü sektorun fəaliyyəti haqqında gənclərin məlumatlanma səviyyəsinin yüksəldilməsi gözlənilir. Bu da gənclərdə hüquqi dəyərlər və insan haqqlarının prinsiplərinə əsaslanan könüllülük mədəniyyətinin formalaşmasına, maarif və təhsil istiqamətlərinin genişləndirilməsi, müsbət təcrübənin yayılması vasitəsilə 3 regionda "üçüncü sektorun" möhkəmlənməsinə səbəb olacaq. Beləliklə, könüllülük əsasında aktiv sürətdə ictimai fəaliyyətlə məşğul olan aktivistlərin mühitinin genişlənməsi gözlənilir. Gənc aktivist qrupları vətəndaş cəmiyyəti dəyərlərinin və ictimai maraqların təbliği üçün müstəqil şəkildə aktiv fəaliyyətlə məşğul olacaqlar", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB